Şou-biznes

“Arxamızca oğlanlar hücum çəkirdilər” - Həyat yoldaşını 5 il özü ilə gəzdirən xalq artisti - VİDEO - FOTO

6 Mart 2020 18:19
1 Şərh     Baxış: 4 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı xalq artisti Ceyran Haşımova olub.

Milli.Az xəbər verir ki, Xalq artisti qızlardan ibarət ansambluna çoxlu elçi düşdüyündən söhbət açıb:

"Qızların hamısı üçün elçi düşürdülər. O vaxt Asəf Zeynallıda yoldaşımla dərs deyirdik. Yoldaşım skripka müəllimi idi. Tək getməyə qorxurdum deyə yoldaşım da icazə alırdı, bir inzibatçı kimi mənimlə gedirdi. 1966-cı ildə efirə çıxdıq deyə bizim ansamblumuza axın başladı. Kollektivimiz 25 nəfər oldu. 5 oxuyan var idi. Təranə Vəlizadə, Nəzakət Məmmədova,  Raziyyə Şirinova mənim ilk müğənnilərim idi. Biz bunlarla qastrol səfərlərinə gedirdik və konsertlər verməyə başladıq. Yoldaşım da 5 il mənə kömək etdi. Elə ki, konsert bitirdi, arxamızca maşınlarla oğlanlar hücum çəkirdilər ki, biz o qızı və ya bu qızı alırıq. Deyirdik ki, ay bala, biz bura qız verməyə gəlməmişik".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.