ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənni Sevda Yəhyayeva olub.
Milli.Az bildirir ki, sənətçi həyatda hər bir çətinliyə hazır olduğunu deyib:
"Hər insanın həyatında çətinliklər olur. Mənim də həyatımda çıxılmaz vəziyyətlərim olub. Çox güclü qızam. Qarşılaşdığım hər bir çətinliyin öhdəsindən gəlməyi bacarıram. Bu xarakterimi çox qiymətləndirirəm.
Şükürlər olsun ki, əldə etdiyim uğurlarım başımı gicəlləndirmir. Çünki çətinliyin nə olduğunu gözəl bilirəm. Keçmişimi insanlar məndən yaxşı bilir.
Danışsam, gözümün yaşı sel olar. İnsan həyatda hər şeyə hazır olmalıdır. Sabah səsim də bata bilər. Sənətimi sevirəm. 10 il sonra da səhnədə olmaq istəyərəm".
Milli.Az