Şou-biznes

Aparıcı ilə Əməkdar artist arasında GƏRGİNLİK: Sənin nə haqqın var ki, məndən... - FOTO

4 Mart 2020 15:08
9 Şərh     Baxış: 14 604
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ATV telekanalında verilişin prodüseri mənə zəng edib deyir ki, "Aparıcı xanım deyir ki, getsinlər filan yerdə yetimlər üçün konsert versinlər, sonra səhərisi gün gəlsinlər mənim efirimə.

Milli.Az xəbər verir ki, Əməkdar artist Cavanşir Məmmədovun bu açıqlaması "Hər şey daxil"in aparıcını və digər qonaqlarını təəccübləndirib.

Sənətçi adını açıqlamadığı aparıcının onu efirə çıxartmaq üçün qarşısına şərt qoyduğunu iddia edib:

"Mənim qarşıma şərt qoyur o?! Mən konsert verəndə o, hələ efirdə yox idi, heç aparıcı da deyildi. Ay aparıcı, sən 3 ay, 5 ay getdin, yoxa çıxdın. Biz Azərbaycan mədəniyyət, ifaçılıq tarixində qalan adamlarıq. Sənin hansı haqqın-hüququn var ki, mənlə elə danışırsan? Sən deyə bilərsən ki, "Sabah gəl mənim efirimə". Orada da qulağıma pıçıldaya bilərsən ki, "Cavanşir müəllim, vaxtınız olsa gələn həftə Firuzə xanımla gedin filan yerə baş çəkin". Axı biz baş çəkə-çəkə saç, saqqalımızı ağartmışıq. Sənin hansı hüququn var ki, onu məndən tələb edəsən". 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.