Şou-biznes

"Mənə bəxtəvər demək söyüş söymək kimidir”

4 Mart 2020 17:09
5 Şərh     Baxış: 3 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatirə İslam "Xəzər" TV-də yayımlanan "5/5" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqram zamanı sənətçiyə "Bəxtəvərsən" deyə sual ünvanlanıb.

O, bu sözdən əsəbiləşdiyini dilə gətirib:

"Bəxtəvər deyiləm. O sözü heç sevmirəm. Hər bölgənin özünün inancları var. Mən qarabağlıyam, biz tərəfdə o sözü demək, insana söyüş söymək kimidir. İnsanın üzünə qarşı sənət dostun"Mən sənin kimi ərli bəxtəvər deyiləm" deyirsə, xoşuma gəlmir. Sözüdeyən adam bütün enerjimi alır. Hətta həmin gün evimdə problemlər yaşanır, boşanmaya qədər gedir çıxır. Elə sözləri demək lazım deyil. O sözə görə qıcıqlanıram. Kimin nəyi var, nəyi yox, Allahın məsləhəti ilədir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.