Şou-biznes

“Aygünlə Röyaya qarşı birləşməmişəm”

18 Fevral 2020 14:56
2 Şərh     Baxış: 1 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nigar Camal Əməkdar artist Aygün Bəylərlə Xalq artisti Röya Ayxana qarşı birləşməsi barədə yayılan iddialara cavab verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  o, sadəcə fərqli bir duet oxumaq üçün A. Bəylərə müraciət edib: "Hansı birləşmə? Mən heç kəslə qruplaşma yaratmamışam. Maraqlı duet etmək istəyirdim. İki sənətçi birlikdə çox mahnılar ifa edib. Mən isə fərqlilik axtarışında idim. Milli tərzlə popun qarışığından bir bəstənin ortaya çıxmasını istədim. Bu da alındı".

N. Camal "Nəfəsim, qəlbim" layihəsində tərzindən çox kənara çıxması barədə də danışıb. O, Aygünə bənzəmədiyini xatırladıb: "Mən Aygün Bəylərə bənzəmədim. Aygün elə Aygün idi. Bu mahnı belədir, biz-birimizə oxşar bir mahnı ifa etməli idik. Müasir bir pop tərzində oxusaydım, gülməli çıxardı".

Bundan əlavə, "Altın Kelebek- 2017"də "ən yaxşı müğənni" nominasiyası üzrə namizəd olan və həmkarı R. Ayxanla böyük qalmaqal yaşayan sənətçi bu il Oksana Rəsulovaya dəstək olduğunu bildirib: "Altın Kelebek"də ikinci dəfə iştirak etmək boş şeydir. Mən indi yarışmada Oksana Rəsulovanı dəstəkləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.