Şou-biznes

Xalq artistinin oğluna xərçəng diaqnozu qoyuldu

12 Fevral 2020 19:19
11 Şərh     Baxış: 9 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti, mərhum aktyor Eldəniz Zeynalovun oğlunun səhhəti yenidən pisləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, böyrək çatışmazlığından əziyyət çəkən Məmməd "ATV maqazin onlarla" verilişində həftədə üç dəfə dializə getdiyini söyləyib.

Oğlunun ad günündə xanımı ilə birlikdə kamera qarşısına keçən Məmmədin daha bir xəstəliyi ortaya çıxıb. Xanımı bildirib ki, həkimlər ona ağ ciyər xərçəngi diaqnozu qoyublar:

"Donor ancaq qohum olmalıdır. Mən də ona böyrəyimi verməyə hazıram. Amma başqa problemlər ortaya çıxdı. Həkimlər ağ ciyər xərçəngi diaqnozu qoydular".

Qeyd edək ki, Məmməd Zeynalov 3 il öncə insult keçirmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.