Bir dəfə Nadir Qafarzadənin İnstaqram-ında blok siyahısına baxdım, nə qədər tanınmışlar o siyahıda var. Onların arasında Vəfa Şərifova, Şöhrət, Damlanı gördüm. Deyir "lenta"da rastıma çıxmasınlar deyə bloka qoymuşam. Amma niyə?
Milli.Az xəbər verir ki, bu sözləri Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda deyib.
Verilişin qonağı aktyor-aparıcı Şəhriyar Əbilov Tolikin sözləri ilə razılaşmadığını bildirib:
"Mən İnstaqram səhifəmə baxıram, mən görürəm ki, onlar mənim mənəviyyatıma, psixologiyama təsir edən dəxlisiz, düşük şeylərdir. Mən onları bloka qoyuram, ya da ki bir də mənim qarşıma çıxamsın deyə lazımi işlər görürəm. Bu, məni qıcıqlandırırsa, niyə ona baxmalıyam?"
Məhəmməd Vaqif
Milli.Az