Müğənni Nadir Qafarzadə "7 canlı" verilişində etirafı ilə marağa səbəb olub.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, iki oğul övladı olan ifaçı qız atası olmağı arzuladığını bildirib:
"Həmişə qızım olsun istəmişəm. Ancaq el qınağından qorxmuşam. Baba olacaq yaşda "ata oldu" deyəcəklər. Biz həmişə "camaat nə deyər" düşüncəsi ilə yaşamışıq. Əslində mənim qızım dünyaya gəlmişdi. Küvəzdə olduğu zaman dünyasını dəyişdi. Çox qəribə hisslər idi. Onunla bərabər sanki çox şeylər itirdim. O vaxtdan bu arzum ürəyimdə qalıb.
Daha sonra övladlığa qız uşağı da götürmək istədim. Bir müddət sonra fikrim dəyişdi. Düşündüm ki, Allah qismət etsə özümün olar".
Milli.Az