Şou-biznes

"Xərçəng oldum, pis vəziyyətə düşdüm" - Əməkdar artist

6 Fevral 2020 20:04
4 Şərh     Baxış: 5 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Hicran Nəsirova müğənni Roza Zərgərlinin aparıcılıq etdiyi "Bakı vaxtı ilə" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa həyatından bəhs edib. O bildirib ki, illər əvvəl xərçəng xəstəliyindən əziyyət çəkib:

"Qonşumuz onkoloji xəstə idi, anam ona iynə vururdu. Düşünürdüm ki, həkim olacam, xərçəng xəstəliyi ilə mübarizə aparacam. Apardım da... Amma həkim kimi yox... Özüm xərçəng xəstəsi oldum. Moskvada 6 ay xəstəxanada yatdım. Pis vəziyyətlərə düşdüm, mübarizə aparırdım ki, sağalacam, övladlarıma lazımam. 

Yoldaşım evimizi satdığa qoymuşdu. Ulu öndər Heydər Əliyev məni iki tamaşada görmüşdü. Bilmişdi ki, mən xəstəyəm. Yoldaşım Moskavaya gəldi pulları ödəsin. Ona zəng gəldi ki, Heydər Əliyevin tapşırığı ilə bütün xərclər ödəniləcək".

H.Hüseynova atasını itirdiyi illəri xatırlayıb. "Atam dünyasını dəyişəndə elə pis vəziyyətə qaldım ki... Ürəyim gedib, meyidin yanında uzanıb qalmışam. Neçə ay başımdan qara yaylığı açmadım. Tamaşada da oynaya bilmirdim, gözümdən yaş axırdı" deyə, aktrisa söyləyib.

Aktrisa "Xoşbəxtsiniz" sualına belə cavab verib:

"Qadın tək olmamalıdır. Qadının arxası olmalıdır. Həyat yoldaşımı itirmişəm. Bu baxımdan xoşbəxt deyiləm. Amma övladlarım, nəvələrim var. Onlarla xoşbəxtəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.