Şou-biznes

Röya müəllim olmaq istəyir - FOTO

30 Yanvar 2020 14:49
7 Şərh     Baxış: 5 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan özünü pedaqoq kimi sınamağa qərar verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna təkan verən isə vaxtilə "W-Trio" qrupunda birgə səhnəyə çıxdığı müğənni Elnarə Xəlilova olub.

Sənətçi açıqlamasında "ATV maqazin onlarla" proqramında Röyaya və Natavan Həbibiyə sahib olduğu məktəbdə müəllimlik təklif edən Elnarənin fikirlərinə belə münasibət bildirib:

"Çox gözəl fikirdir və mən Elnarənin yanındayam. Hazırda solo konsertimə hazırlaşıram və buradan ona müraciət edirəm ki, məktəbində mənə bir otaq ayırsın. Mən orada dərs deyəcəm. Dahi deyiləm, estrada üçün nələrsə edə biləcəmsə, nə yaxşı! Doğurdan da, edərəm. Bəlkə də, tələbələr arasından elə biri çıxacaq ki, çoxdandır arzum olan prodüserlik fəaliyyətinə başlayım? Bəlkə də, konsert ərəfəsində məktəbə qonaq getdim. Bilmək olmaz".

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.