Şou-biznes

Azəri qızı Günel sevgilisindən ayrıldı? - FOTO

24 Yanvar 2020 08:24
20 Şərh     Baxış: 8 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Həyatdan aldığım ən böyük dərs - sevgisiylə qarşısında sapsağlam dura bilməyən birinə əsla yaslanmayacaqsan".

Milli.Az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni Günel Zeynalova instaqramda yazıb. Son günlərdə kədərli paylaşımları ilə diqqət çəkən ulduz onu incidənləri Allaha həvalə etdiyini yazıb:

"Acını şirin dillə anladan dost deyilmi? Günlərdir ki, oflar, ahlar, gəl-getlər... Sən onları Allaha şikayət etmədin, Allah bağışlasın dedin... Sənin gücün Allaha inamın...

"Həqiqəti bildiyim halda yalanı dinləməyi sevirəm" sitatını çox sevirəm, amma mən bildiyim yalanları artıq dinləmirəm".

Məlumat üçün bildirək ki, məşhur iş adamı Rza Zərrabla illər əvvəl eşq yaşayan ulduz iki dəfə nişanlı olub. Onun bu münasibətləri uğursuzluqla bitib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.