Şou-biznes

"Çox yüksək təbəqəyə çıxıram" - Tünzalə

23 Yanvar 2020 14:39
10 Şərh     Baxış: 5 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niyə müzakirə olunan, sadəcə, müğənninin dekoltesidir? İki dəfə paltardan yazanda, üç dəfə də başqa xəbərlər yazsınlar. Bu, sözün yaxşı mənasında, populyar olan insanın aqibətidir. Onun haqqında yazmalıdırlar. Mən bunu artıq anlayıram və belə də qəbul edirəm. Mənim prodüserim Yalçın bu mövzuda tam əksini düşünür. O söyləyir ki, "Mən etiraz etmirəm, qoy sənin dekolteni müzakirə etsinlər. Bu mövzu sosial medianın diqqətini bu dərəcədə çəkirsə, mən yalnız müsbət fikirdəyəm".

Bu sözləri son günlər geyindiyi açıq-saçıq geyimlərə görə, sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunan Xalq artisti Tünzalə Ağayeva oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib:

Dünya ulduzları da bahalı geyinir. Bəlkə də, biz onların etdiklərinin ən zəifini edirik. Elə olub ki, paltarımın ümümi büdcəsi 200 manatı keçmir. Amma elə olub ki, dilə gətiriləsi məbləğ deyil. Yəni, libasım çox bahalı olub. Çox məşhur markalara müraciət edirəm. Bu məsələyə özəlliklə yanaşırıq. Sənətim və görünüşüm bir-birini tamamlamalıdır.

Biz bunun üzərində uzun yol keçmişik, birdən-birə olmayıb. Çox yüksək təbəqəyə çıxıram. Yüksək təbəqənin tədbirlərində oluram. Bunu məndən cəmiyyətdə olduğum statusum tələb edir".

"Sizi estradamızın ən bahalı geyinən məşhuru adlandırmaq olar?" sualına T.Ağayeva cavabı ilə gah nala, gah da mıxa vurdu:

"Hesab etmirəm ki, bu mövzuda birinciyəm. Geyimimin bu qədər müzakirə olunmasına yəqin ki, müsbət yöndən baxmalıyam. Mən bir çox lüks və dünyada məşhur olan brendlərin əsas müştərilərindənəm. Səhnə libaslarıma olduqca diqqətlə yanaşıram. Sizə açıq deyim ki, aldığım ayaqqabılar çox bahalıdır və onlara çox pul xərcləyirəm, amma bunu çanta haqqında deyə bilmərəm.

Mən səhnəyə çanta ilə çıxmadığıma görə, onun bahalı olması mənim üçün o qədər də önəmli deyil. Məhz elə bu səbəbdən çantaya aşırı dərəcədə pul xərcləməyə əlim gəlmir. Çanta dəlisi deyiləm. Mən "Zara"nın özəl kolleksiyasından tez-tez yararlanıram. Geyim və aksesuarlarda "Diesel" və "Dsquared" və "Marc Jacobs" kimi brendlərə üstünlük verirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.