Aktyor Fərda Xudaverdiyev sosial media hesabında "18+" başlığı ilə video yayımlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu cür videolara böyük marağın olmasını göstərmək məqsədilə belə addım atıb. Fərda qeyd edib ki, insanlar 18+ paylaşımlara daha çox baxırlar:
"Nə görmək istəyirsiniz? Niyə Azərbaycana, gündəlik həyatını, mədəniyyətini əks etdirən xəbərlərə baxış sayı sıfırdır? 18+ baxışların arxasına niyə bu qədər düşmüsünüz? Biz bizdən nə vaxt çıxdıq? Yeniyetmələr hara gedirsiniz?"
Fərdanın "Diqqət, söyüş var" şərhi ilə yerləşdirdiyi video 41 mindən çox baxış toplayıb. Videoya 413 rəy yazılıb. Əksəriyyət 18+ sözünə görə videonu maraqla izlədiyini etiraf edib.
Milli.Az