Şou-biznes

Nahidə çalışdığı şirkəti məhkəməyə verdi

4 Yanvar 2020 17:55
7 Şərh     Baxış: 5 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial media vasitəsilə Türkiyədə və Azərbaycanda məşhurlaşan müğənni Nahidə Babaşlı "Youtube" kanalını işlədən şirkətlə məhkəməlik olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, həm menecerliyini, həm də sosial media işlərini aparan "Wediacrop"u müqavilə şərtlərinə əməl etmədikləri və karyerasına ziyan vurduğu üçün məhkəməyə verib.

İfaçı bu barədə İnstaqramda da açıqlama yayıb:

"Üç ilə yaxındır əməyimlə böyütdüyüm təxminən 1 milyona yaxın abunəsi olan "Youtube" kanalım var. Kanalın qorunması üçün Azərbaycanda mövcud olan "Youtube" partnyorluq şirkətinə üz tutdum. Böyük bir səhv edərək oxumamış müqavilə imzaladım. Bu şirkət demək olar ki, hazırda azərbaycanlı müğənnilərin 70%-i ilə işləyir. Şərtlərə əməl etmədikləri üçün  4 ay əvvəl vəkilimlə bərabər müqaviləmi ləğv etməyimə baxmayaraq, kanalımı özümə qaytarmırlar. Bununla yanaşı, gedəcəyim verlişlərə əvvəlcədən zəng edib məni efirə çıxarmamaqlarını istəyirlər. Türkiyədə konsert verəcəyim yerlere zeng edib "Nahide bizi məhkəməyə Verdi, onu səhnəyə çıxarmayın" deyirler. Kanalı öz panellerindən çıxarmırlar, neçə vaxtdır video yerləşdirməməyimin də səbəbi budur".

Qeyd edək ki, N.Babaşlı "Ay yüzlüm" mahnısı ilə məşhurlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.