Şou-biznes

Aktyorlar Yeni ili harada qarşılayacaq? - SORĞU

30 Dekabr 2019 20:44
7 Şərh     Baxış: 3 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili hər kəs özünəməxsus şəkildə qarşılayacaq.  

Bəs aktyorlar Yeni ili harada, kiminlə qeyd edəcəklər?

Milli.Az xəbər verir ki, oxu.az mövzu ilə bağlı aktyorlar arasında sorğu keçirib.

Xalq artisti Nurəddin Mehdixanlı bildirib ki, Yeni ili Bakıda ailəsi və dostları ilə birlikdə qeyd edəcək: "Bakıda olmaq dünyanın ən gözəl yerlərində olmaqdan daha önəmlidir. Çünki burada mənim dostlarım, ailəm, övladlarım və sevdiyim insanlar var. Xarici ölkələrə hər zaman getmək olar. Amma bayramı həmişə evində qeyd etmək lazımdır. Bundan gözəl nə ola bilər?"

Xalq artisti Firəngiz Mütəllimova da Yeni ili öz evində keçirəcəyini bildirib: "Bayramı öz evimdə, doğmalarımla birgə keçirəcəyəm. Mənim Yeni ildə evdə olmaqdan xoşum gəlir. Neçə illərdir bu ənənə davam edir. Harasa getsək belə, Yeni il gecəsi evdə oluruq".

Əməkdar artist Kəmalə Müzəffər də həmkarları ilə eyni fikirdədir: "Yeni ili həmişə öz evimdə, övladlarımla birgə qeyd etmişəm. Bu il də evdə, ailəmlə olacam".

Xalq artisti Ramiz Məlik və Xalidə Quliyeva da bayramı evdə ailəsi ilə qeyd edəcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.