Şou-biznes

Mən heç kimin yerinə keçməmişəm" - Nazilədən açıqlama

29 Dekabr 2019 17:45
5 Şərh     Baxış: 5 223
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şairə Nazilə Səfərli ARB kanalında yayımlanan "Üçəlli" proqramının bağlanılması və onun yerinə həftəiçi beş gün  "Ona qalsa" verilişinə aparıcılıq etməsi məsələsinə ydınlıq gətirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Nazilə sosial media hesabında aktyorlar Həsən Həsrətli və Ülvi Həsənli ilə fotosunu paylaşaraq heç kim yerini tutmadığını qeyd edib:

"Kim nə deyir, desin, hara yozur, yozsun. Bir danılmaz həqiqət var: Həsən, Ülvi və Nazilə dostdur, vəssalam. Mən heç kimin yerinə keçməmişəm. Onlar 10 yanvardan "Üçəlli" olaraq gecə verilişinə başlayır. Hamımıza uğurlar!".

Qeyd edək ki, Ülvinin sosial şəbəkələrdə intim videosu yayıldıqdan sonra onun adıçəkilən verilişdən qovulduğu, proqramın bağlandığı, yerinə isə Nazilənn aparıcılığı ilə digər bir layihənin nümayiş olunacağı deyilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.