Paltarların dəyişəndə bilirəm ki, başqa-başqa toylardadır. Xatirə, maşallah, bir ayın içərisində 30 dənə paltar geyinibsə, deməli, 30 toya gedib.
Milli.Az xəbər verir ki, bu sözləri Zaur Baxşəliyev aparıcısı olduğu proqramda Xatirə İslamla söhbəti zamanı deyib.
Xanım ifaçı isə himə bənd imiş kimi şikayətlənib:
"Hanı e! Daha paltar dəyişmirik, qurtardı. Artıq marta qədər mən bu paltardayam. Marta qədər mən bu paltarı dəyişən deyiləm - Bir dənə də toy yoxdur".
Vasif Məhərrəmli duet ortağı Xatirənin toyların azlığından gileyini "Bu gün sonuncu toyumuzdur" sözləri ilə təsdiqləyib.
Məhəmməd Vaqif
Milli.Az