Müğənni Günay İbrahimli plastik əməliyyatlardan söz açıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi xarici görünüşündə dəyişiklik edən bəzi həmkarlarının əməliyyatını uğursuz hesab etdiyini "Mtv Azərbaycan" kanalına müsahibəsi zamanı dilə gətirib:
"Ümumiyyətlə, əməliyyatlara pis baxmıram. Amma qədərində. Son zamanlar hamı biri-birinə oxşayır. Çox bərbad görünür. Efir vasitəsilə deyirəm ki, elə bilməyin yaxşı görünürsünüz, çox bərbad görünürsüz. Əməliyyat etdirdikdə təbii edin".
Milli.Az