Şou-biznes

“Səninlə yaşlanmaq istəyirəm, dəliqanlı” - İradədən həyat yoldaşına

26 Dekabr 2019 11:16
17 Şərh     Baxış: 7 680
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Həyat yoldaşı olmaq çox böyük fədakarlıqlara dözməyi bacaran bir xarakter istəyir. Əslində, evlənmək dözüləcək bir iş deyil.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri sosial media hesabında müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə fotosunu paylaşaraq yazıb.

"Həyat yoldaşı həyatımızı böldüyümüz, pay etdiyimiz insandır. Bu sözüm qarşı tərəf üçün də keçərlidir. Münasibətlər "dözürəm, neyləyim?" deyə davam etdirilməz. Bu cür düşünən nə kişiyə, nə də qadına hörmət etmirəm", - İradə bildirib.

Müğənni daha sonra həyat yoldaşını tərifləyib:

"Həqiqətən, bir birinə bağlı iki insan üçün gəncliyin əldən getməyi fəlakət deyil. Bir-birimizə söykənərək yaşlanmaq zövq verir. Həyat yoldaşlığı çox uzun bir yoldur, səninlə yaşlanmaq istəyirəm, dəliqanlı. Çox şanslıyam və həyatda hər zaman şükür etmə səbibim oldun. Səndən çox razıyam, Allah da razı olsun. Çox sevirəm".

Qeyd edək ki, cütlük uzun illərdir ailə qurub. Onlar Türkiyədə yaşayır. İradə ilə Ceyhunun 2 övladı var.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.