Şou-biznes

Elariz Silikon Vadisində konsert verəcək

25 Dekabr 2019 12:15
8 Şərh     Baxış: 2 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Elariz Məmmədoğlu Amerikanın Silikon Vadisində konsert verəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Cəmiyyəti məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 28-də Həmrəylik Günü və Yeni il qeyd olunacaq və tədbirin xüsusi qonağı Elarizdir. 

Gecədə VİP biletin qiyməti 100 dollar təşkil edir.

"Könül Kərimova bizdən asılı olmayan səbəblərə görə konsertdə iştirak edə bilməyəcək. Lakin onu Elariz Məmmədoğlu əvəz edəcək", - cəmiyyətin saytında bildirilib.

Xatırladaq ki, Silikon Vadisi dünyaca məşhur şirkətlərin bir araya gəldiyi bölgədir. Orada "Google", "HP",  "Apple", "Microsoft", "Facebook", "Twitter", "Mozilla", "Yahoo!" və başqa şirkətlər fəaliyyət göstərir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.