İnsan var hansısa peşəsində bir yerədək uğur əldə edir, digəri var ki, heç uğur əldə etmir. Eləsi də var ki, müəyyən yaşdan sonra müvəffəqiyyət qazanır. Qismət Allahdandır. Bir şey hamı üçün olmur.
Bu sözləri axşam.az-a açıqlamasında müğənni Üzeyir Mehdizadə deyib.
O, xarici ölkələrdəki uğurları haqda danışıb:
"Başqa ölkələrin şou-biznesinə qatılmaq niyyətim yoxdur. Sadəcə istəyirəm ki, sənətimdə irəli gedim və Azərbaycan adına uğurlu addımlar atım. Başqa ölkələrdə mənə tələbat var, konsertlərim əla keçir".
Müğənni saxta yolla "Youtube"da baxış sayı artıranlardan isə gileylənib:
"Son zamanlar izləmələrdə saxta baxış sayı həddən artıq çoxalıb. Bunlar mənim də rastıma çıxıb. Hətta yoxlamışam və belə şeyin olduğunun özüm şahidi olmuşam. Yalançı trendlər gündən-günə daha da artıb. Zəhmət çəkib, keyfiyyətli işlər görüb, yüksək pilləyə çatırıq, amma bəzi sənətçilər üç-beş manat verib, hansısa yollarla izləmə sayını artırıb, tamaşaçıları aldadırlar".
Qeyd edək ki, Ü.Mehdizadənin rəsmi "Youtube" kanalının abunəçi sayı 1 milyonu ötüb. Onun "Yaxşı olar" adlı ifası isə Azərbaycan dilində 100 milyondan çox baxış sayı yığan yeganə mahnıdır.
Milli.Az