Şou-biznes

“Qardaşımın yaxasına yapışıb divara çırpırdım”

19 Dekabr 2019 18:39
1 Şərh     Baxış: 3 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu dövrün adamı deyiləm, bu dövr üçün yaranmamışam. Səmimi adamam, gördüyümü deyən adamam. Çox nadir hallarda özümü saxlaya bilirəm. Deməsəm, uzun illər özümə nifrət edəcəm. Heç kimin rəyi məni maraqlandırmır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Ağ və qara" verilişində Əməkdar artist Gülşad Baxşiyeva söyləyib.

Aktrisa bildirib ki, hər zaman düzünü dediyi üçün problemlər yaşayıb:

"Həmişə düzünü demişəm. Ailədə də belə olmuşam. Özümdən böyük qardaşıma da qarşı bunu etmişəm. Bir az gözəgəlimli olmuşam. Biz altı uşaq idik, baxırdım ki, başqasının payını yeyib. Görmüşəm düz eləmir, yaxasına yapışıb divara çırpırdım. Bütün bunlar uşaqlıqdan başlayıb. Düzlə dolanmaq çox çətindir.

Mənim iç dünyama tüpürən insanlar olub. Buna icazə verməmişəm, amma ediblər. Sadəcə olaraq onları Allaha tapşırmışam. O insanlar sənin üstündə Allahlıq etmək istəyirlər. Kim deyir ki, cəhənnəm? Allah bu dünyada onların cəzasını verir. Etdiyini mən təkrarlasam, onun tayı olacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.