Şou-biznes

Elariz “Ağ ev”in önündə: "Dədə-babalarım 55 yaşlarını Vaşinqtonda keçiriblər"

18 Dekabr 2019 12:59
11 Şərh     Baxış: 4 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir ki, ailəsi ilə birlikdə Amerikaya köçən müğənni Elariz Məmmədoğlu doğum gününü "Ağ ev"in qarşısında keçirib.
 
Milli.Az azxeber.com-a istinadla xəbər verir ki, müğənni özünə olan arzularını "Ağ evin" qarşısında dilə gətirib. O hisslərini belə ifadə edib:
 
"Bu gün 17 dekabr 2019-cu il mənim ad günümdür. Bu gün mənim 55 yaşım tamam olur. Bütün dədə-babalarım 55 yaşlarını Amerikanın paytaxtı Vaşinqtonda, "Ağ Ev"in qarşısında keçiriblər. Mən də ənənəyə sadiq qalaraq gəldim "Ağ Ev"in qarşısına və burada mən 55 yaşımı qeyd edirəm. İndi Tramp (ABŞ prezidenti - red.) müəllim də gələcək, 10 dəqiqədi artıq gözləyirəm, həmişəki kimi yenə də gecikir. Amma gələcək, söz verib ki, gələcək"
 
Qeyd edək ki, müğənni "Green Card" vasitəsi ilə Amerikaya köçüb. O hətta orada özünə dönər biznesi qurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.