Şou-biznes

"Afət məni o qədər söyüb ki, 1 aydır şikayət ərizəsini yığıb-yığışdıra bilmirəm" - Flora Kərimova

16 Dekabr 2019 17:14
11 Şərh     Baxış: 4 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Flora Kərimova ifaçı Afət Fərmanqızını məhkəməyə verir.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətkar bu barədə ATV-nin "Ən yaxşısı" proqramında açıqlama verib:

"Mən yazıq peşiman oldum, Afətə bir söz dedim. Məni yıxdı, sürüdü. İki kəlmə söz deyib, mumlamışam. Afət danışır, mən cavab vermirəm. Sonra da mənimçün dedi ki, hürür-hürür, tuta bilmir. İndi siz deyin, mən neyləyim? Mən də götürdüm palaz boyda kağız, bunun bütün söyüşlərini yazdım ora. O qədər söyüb ki, 1 aydır ərizəni yığıb yığışdıra bilmirəm. 

78 yaşım var, hansısa bir söz deməyə həyat yolumla, sənətimlə, yaşımla ixtiyarım çatır. Artıq bu mərhələyə çatmışam. Afət, mən sənə nə dedim? Mən dedim ki, Nəsiminin qəzəlini bu musiqi ilə oxumaq olmaz. Çünki Nəsimi bu millətin dəyəridir.

Afət neylədi? "Qayınana" filmində boşazıma qədər güllərlə qapanmış şəklimi paylaşıb yazır ki, guya mən lüt şəkil şəkdirmişəm. Bir dəfə, iki dəfə, üç dəfə yalan deyir, dördüncüdə hamı inanır. Əvvəla, mən o vannaya uzananda paltardaydım, ikincisi də, boğazıma qədər gülün içindəyəm. Millətin beyninə yeridir ki, mən vannada lüt uzanmışam. Afət, sən özün toyda elə bir paltarda "Dolya vorovskaya" oxuyursan ki... Ayıb deyilmi?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.