“Boşanmış qadına intim obyekt kimi baxırlar” - Lalə Məmmədova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Evlənmək kimi boşanmaq da təbii bir prosesdir. İldən-ilə insanın duyğuları, həyata baxışı, düşüncələri dəyişir. Bu gün düşündüyüm kimi 10 il sonra düşünə bilmərəm. Başqasına vurula da bilərəm. İnsanın həyatında zaman içərisində hər şey dəyişə bilər. Ona görə də mən Oşonu tez-tez oxuyuram. Bunun kökündə Allahın xəbəri olmayan bizim uydurduğumuz adət-ənənələr dayanır. İnsanlar bir-birini tanımalıdır. Ata-ana övladı üçün "yaxşı qız", "yaxşı oğlan" axtarmamalıdır. Bu, anlayış zehinlərdən silinməlidir".
Milli.Az xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində Əməkdar artist Lalə Məmmədova "Ailələrin uzun müddət davam etməsinə indiki dövrdə nələr mane olur" sualına cavab verərkən deyib.
O, problemin qadınlarda olduğunu söyləyib:
"Kişini də, qadını da yetişdirən qadındır. Qadınlarımız gələcəyə kişi yox, uşaq böyüdürlər. Həyat üçün kişi, sabah üçün ata, qadın üçün ər yetişdirmirlər. Atalar isə oğullarının heç vaxt onlardan bir pillə üstün olmasını istəmir. Oğlanlarını cəngavər kimi yetişdirmirlər. Daima özlərindən asılı olmalarını istəyirlər. Ona görə də bu gün bizim cəmiyyətimizdə kişi modeli yoxdur. Biz həyat üçün kişi hazırlamırıq. Boşanmış qadına münasibət deməzdim ki, 30 il bundan əvvəlki qədər pisdir. Amma bu da danılmazdır ki, boşanmış qadına həmişə bir intim obyekt kimi baxırlar. Bu, insana çox pis təsir edən bir haldır. Əgər bu qadın özgüvəni yüksək olan, özünü oda-közə vurub uğur qazanan bir qadındırsa vəziyyət ikiqat ağırdır. Uğurlu qadının uğurlarını görmədikləri, tanımadıqları, özlərindən uydurduqları hansısa bir kişinin ayağına yazırlar. Bu, sadəcə olaraq dözülməzdir".
Müğənni valideynləri ilə yaşadığı üçün zaman-zaman çətinlik çəkdiyini söyləyib:
"Övladlarıma anam tərbiyə verir. Bir tərəfdən buna çox sevinirəm ki, valideynlərim övladlarımın başının üstündədir. Amma digər tərəfdən anamla razılaşmadığım məqamlar var. Məsələn, bir şey olanda deyir, qızına bunu öyrətməmisən, sabah problem yaşayacaq. Bu sözün ucundan tutub deyirəm, anam, sən də bizə elə demisən, amma mən qızıma bunu deməyəcəyəm. Çünki mən onu ər üçün yox, cəmiyyət, həyat üçün yetişdirirəm. Övladımı da ərə verəndə sənin kimi "get ordan meyitin çıxsın" deməyəcəyəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
XƏBƏR LENTİ
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu





