Şou-biznes

“İlahə Fədanın etdiyi tamaşaçıya hörmətsizlikdir” - Mahnı qalmaqalı

9 Dekabr 2019 16:34
2 Şərh     Baxış: 3 460

"Bəstəkar Gövhər Həsənzadədən 10 il öncə "Mən səni sevdim" adlı mahnı almışdım. Mahnının ödənişini də eləmişdim. Bir sözlə mənim üçün yazılan mahnıdır. İndi isə bu mahnını İlahə Fəda adlı müğənni ifa edib".

Bu barədə axşam.az-a açıqlamasında mahnının ilk ifaçısı olduğunu iddia edən müğənni Ramal Əzimzadə bildirib.

O qeyd edib ki, hətta, bu müğənni telekanalların birində mahnını yeni kimi təqdim edib:

"Bu, tamamilə yalandır. Mahnını ilk dəfə mən oxumuşam. Məsələ ilə bağlı Gövhər xanıma da müraciət eləmişəm. O da mahnının mənə məxsus olduğunu etiraf edib. Mən ondan xahiş etdim ki, mahnının mənə məxsus olduğunu qarşı tərəfə də çatdırsın. O məsələ ilə bağlı qarşı tərəflə danışacağını bildirsə də, sonradan bir xəbər çıxmadı. Mənim istəyim bundan ibarətdir ki, mahnının mənə məxsus olmasını tamaşaçılar bilsin. Bunu eksklüziv mahnı kimi efirlərdə təqdim etmək ən azından tamaşaçıya hörmətsizlikdir".

Müğənni vurğulayıb ki, 2012-ci ildə həmin mahnının adı ilə albomu çıxıb:

"Albomun adı "Mən səni sevdim" olub. "Səbuhi" studiyasında çıxıb. İndi isə İlahə Fəda bu mahnını bir neçə telekanallarda ifa edib. Mən isə o mahnını ilk dəfə 2009-cu ildə keçirilən "Bakı gecələri" mahnı müsabiqəsində oxumuşam. Müsabiqə "Space" telekanalında efirə gedirdi. Bundan əlavə, həmin mahnı ilə "Bakı gecələri" mahnı müsabiqəsində ən çox tamaşaçı rəğbəti qazanmış nominasiyada 1-ci yeri tutmuşam. Bu mahnı mənim ifamda hətta radiolarda da səslənib. Mən bu mahnının haqqını vermişəm. Mahnını oxuyarlar, bu, normal haldır. Amma ilk öncə icazə almaq lazımdı".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    6 hiss · 9 Dekabr 2019 18:1812

    Vallah sen adli mügeninin varligini men indi bilmişem amma İlahe xanim senetkar adina layiq mügenidi! İlahe xanimla Nuşabe Elesgerli bir birine benzeyir!

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Dekabr 2019 18:44100

    Azerbaycanin bu gün ki, şou biznesine baxiram : Basim herlenir, gözlerim qaralir, ayaqlarim səntirleyir, əllərim titreyir, üreyim bulanir , mədəm qicqirir, qarnim sancilanir.En yaxsisi invalid olmamaqimdi baxmamağ vessalam aci baqirsaqa oxsayan seriallar bunlardan yaxsidi.Amma deyim ki, onlara da baxmiram baxdiqim cizgi filmleridiii size de meslehet gorurem Tom ve Cerriye baxaq ureyimiz acilsinnn )))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.