"Yaşı 30-u keçmiş, uşaqlı xanımları işə götürməyən şirkət sahibləri şərəfsizdir" - Kamil Zeynallıdan SƏRT AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur".
Milli.Az xəbər verir ki, bunu tanınmış idmançı, peşəkar məşqçi Kamil Zeynallı Big.az-a müsahibəsi zamanı bildirib. Sərt açıqlamalar verən idmançı onu da bildirib ki, əgər bir gün böyük şirkəti olsa, fiziki qüsurlu şəxsləri işə götürər:
"Türkiyədə oteldə olarkən diqqətimi bir şey çəkdi. Təmizlik işinə baxan qız daun sindiromlu idi. Sakit-sakit işini görürdü. Belə hallara mən Türkiyədə çox rast gəlmişəm. Dünya ölkələrinin bir çoxunda əlliliyi olan şəxsləri cəmiyyətdən təcrid etmirlər . Əksinə onları işə cəlb edirlər. Bu mənim çox xoşuma gəldi və çox da təsirləndirdi. Kaş dünyada insanların hamısı daun sindiromlu olardı. Bu çox yaxşı olardı. O zaman dünyada cinayət, müharibə, kasıbçılıq, paxıllıq olmazdı.Onların çox gözəl və xoş auraları var. Adama müsbət təsir edir. Lakin bizim ölkədə işə qəbul edən şirkət sahibləri, adətən kişilər belə insanları işçi kimi görmək istəmirlər. Onlar ancaq 30 yaşa qədər olan, qamətli və gözəl xanımları işə götürür. Heç oğlanları da işə götürmürlər. Niyə? Çünki şəxsi maraqlarını güdürlər. İş adı ilə çağırırlar baxırlar xarici görünüşünə, sonra da axşam zəng edib görüşə dəvət edirlər. İşi qurursansa, kişi kimi qur və idarə et. Bu xarici görünüş sənə nə verəcək? Axı, o sənin işini apara bilməyəcək. Xarici görünüşü xoş olmasa da işini mükəmməl bacaran istedadlı insanlar çoxdur. Bunlar işə götürdükləri xanımı həm də şəxsi həyatlarına qatırlar. İş başqa olmalıdır, şəxsi həyat başqa. Belə şərəfsizlər çoxdur. Bəli, işini bu tərzdə quran şirkət sahibləri şərəfsizdir.
Mən bir reklam postuna çəkilmişdim. İki diplomu olmasına baxmayaraq işsiz qalan gəncdən bəhs olunurdu. Bu belələrinə bir ismarıc idi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama





