Şou-biznes

"Sonuncu Pərdə" filminin qala gecəsi keçirilib - FOTO

19 Oktyabr 2019 12:12
2 Şərh     Baxış: 2 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Park Cinemada "Sonuncu pərdə" filminin qala gecəsi keçirilib.

Milli.Az xəbər verir ki, tədbirdə filmin çəkiliş heyəti, başqa aktyorlar və modellər iştirak ediblər. Fanatları ilə şəkillər çəkdirən aktyorlar jurnalistlərin suallarını cavablandırdıqdan sonra hər kəslə birlikdə filmi izləyiblər.

Film bundan əvvəl çəkilən "Pərdə" filmlərinin 3-cü hissəsidir. Təqdim edildiyi vaxtdan geniş müzakirələrə səbəb olan kino bu dəfə də bəyənilib.

Film üçün məşhur reper Aid ( Orxan Zeynallı ) xüsusi olaraq "Atalar və oğullar" trekini yazıb. Çəkiliş heyəti heç bir sponsor olmadan filmə çəkilməyə razıllıq verib.

Ekran əsərində Vidadi Həsənov, Oqtay Mehdiyev, Əlibəy Məmmədli, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Anar Əliyev və başqaları çəkiliblər.

Emil Quliyev "Sonuncu Pərdə" filminin yalnız rejissoru deyil, eyni zamanda senaristi və prodüseridir.

Milli.Az qala gecəsindən fotoları təqdim edir:

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.