Şou-biznes

Lalə və Suna arasında dava - “Üzünü çox yaxşı göstərdin” - VİDEO

17 Oktyabr 2019 11:10
13 Şərh     Baxış: 5 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" şounun finalı davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın ötən gün yayımlanan buraxılışında avtomobilin ətrafında dayanan aparıcı Suna Kasımoğlunun digər finalçılar müğənni Ramal İsrafilov və həmkarı Lalə Mustafayevaya təzyiq etməsi gözdən yayınmayıb.

Ramal şounun gedişi zamanı Sunadan əlini çəkərsə, özünün də çəkəcəyini, maşının Laləyə qalmasının tərəfdarı olduğunu deyib. "İkimiz də əlimizi çəksək, istəyərəm ki, maşın Lalənin olsun", - Ramal bildirib.

Aparıcı isə bununla razılaşmayıb. L.Mustafayeva isə onun bu addımına "Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi isə əlini çəkmək istəmir" sözləri ilə etiraz edib.

Onun bu sözləri S.Kasımoğlunu özündən çıxarıb:

"Lalə, yaxşısan? Haqlı və ya haqsız yolla finala gəlməyim barədə fikirləriniz mənə maraqlı deyil. Çöldə görüşməyəcəyim insanlardan birisən. Qorxuna görə insanlardan üzr istədin. Səninlə nə burada, nə də çöldə danışmaq istəmirəm. Sən üzünü çox yaxşı göstərdin".

Qeyd edək ki, ötən günlərdə səsverməyə çıxan L.Mustafayeva S.Kasımoğlu haqda "Belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik" deyə, söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.