Şou-biznes

"Nadirin oxumağını kəsin, heç kimə lazım deyil" - Roza

20 Avqust 2019 18:19
10 Şərh     Baxış: 5 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərli bu dəfə aktrisalıq sevdasından bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Üçümüz" verilişində sualları cavablandırıb. Tamaşaçıların ona yazdığı məktublara cavab verən Roza çəkilmək istədiyi filmi açıqlayıb:

"Mafiya anası obrazında, "Xaç anası" olmaq istəyirəm. "Titanik"in ikincisi olsa, çəkilmək istəyərəm. Amma leonardo Di Kaprio ilə yox".

Aparıcıların "Vaxt azalır, veriliş yerləşməyəcək" sözlərinə isə Roza "Nadir Qafarzadəni kəsərsiz. Onun oxumağı heç kimə lazım deyil, kəsin getsin" cavabını verib.

Qeyd edək ki, verilişdə Rozadan əvvəl müğənni Nadir Qafarzadə qonaq olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.