“Həddinizi aşdınız!” - “ATV maqazin onlarla” da qalmaqala qoşuldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Görəsən, Brillinat Dadaşovanın dərdi səri nədir? Xanım Dadaşova statusları ard-arda düzüb.Sual verəndə isə eşitmir, amma efirdə deyilənlər qulağına yaxşı çatır".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova tərəfindən tərəfkeşlikdə ittiham edilən "ATV maqazin onlarla" proqramının müxbiri Ruslan Ağayev sosial media hesabında yazıb.
O, müğənninin "Yaxşı ki, Mirzə Babayev səsi olmayanların pulnan satın alınan bəzi maqazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən "əsas müğənni" adlandırıldığını da görmədi" sözlərinə cavab verib:
"İşinizə yaramayanda savadsız olarıq. Amma bax orda həddinizi aşdınız! Tutduğunuz pillə belə, sizə kimisə təhqir etməyə ixtiyar vermir! Siz axı bizdən savadlı və böyüksünüz. Heç olmasa rəhmətlik Mirzə Babayevlə bağlı etdiyiniz paylaşımdan sui istifadə edib "sözyeritmə" üsulundan istifadə etməzdiniz..
Rusiya və Türkiyə şou biznesində belə maqazi proqramları sənətçiləri özünəməxsus titullarla təqdim edir, şou biznesə maraq qatır. Hətta "10lar" prqoramının dövründən bizdə bu adət ənənə var idi. İlk dəfə mən bu adları yazırdım və Afaq Gəncəli səsləndirirdi. Maraqlısı budur ki, tamaşaçı da qəbukl edirdi və dillərə düşürdü. Hətta qonşu TV-lər də bu təqdimata qoşulurdu. Məsələn: Ölkənin əsas ulduzu Aygün Kazımova, Milyonların sevimisi Röya Ayxan, Şou-biznesin əsas prodüseri Tarix Əliyev və s. titullar. Bizim reytinqimizə ehtiyacınız yox idisə, hər klip təqdimatında 18 nəfər zəng edib, niyə yalvar-yaxarla bizi dəvət edirdi? Sizin reytinqiniz sizə qalsın, bizim daha reytinqli əsas ulduzlarımız var. Bir az rahatlayın, unutmayın son rəy də tamaşaçınındır. P.S: Sizə də titul düşünə bilərik. Çox da əsəbiləşmiyin".
B.Dadaşova sözügedən paylaşıma rəy bölməsində cavab yazıb:
"Müstəqil Azərbaycan qurduq. Amma heyif ki, ekranlarımız əksər hallarda sırtıq və savadsızların, ortalıq meymunlarının əlində qaldı. Yorulmadınız? Allah sizə haqqı nahaqqa satmağın günah olduğunu indiyədək göstərməyib? Çox şükür ki, sənətim yüksək olduğuna görə, maqazin proqramlarına, boş PR-a ehtiyacım olmadığından sizi yaxına buraxmamışam. Ona görə də yazıq İlhamə Quliyevanı məni pisləməyə öyrədirdiniz, indi hər verilişinizə gələnə reytinq üçün məndən bəhs etdirirsiniz. Özü də təbii ki, özünüzə yaraşan üslubda - mənfi".
Qeyd edək ki, müğənninin "ATV maqazin onlarla" proqramına olan ittihamları "Jara" festivalı ilə bağlı yayımlanan sujetdən başlayıb. Belə ki, göstərilən kadrlarda Ruslan Ağayev sənətçiyə sual ünvanlayır. O isə sualı eşitmədiyini deyir. Daha sonra B.Dadaşovanın A.Kazımovanın mahnısına oynadığı görüntülər nümayiş etdirilir və Afaq Gəncəlinin "Müxbirimizin sualını eşitməsə də, Aygün Kazımovanın ifasını çox yaxşı eşitdi. Hətta xanım Dadaşova divanın ifası zamanı ortadan belə çıxmadı" şərhi səsləndirilib.
Daha sonra isə "ATV maqazin onlarla" proqramının "Məşhurla üç dəqiqə" rubrikasında son iki bölümdə B.Dadaşovadan bəhs edilib:
Əvvəlcə prodüser Təranə Səmədova sənətçinin ulduzunun söndüyünü deyib, ondan sonrakı bölümdə qonaq olan Afaq Gəncəli isə "Faiq Ağayev, ya Brilliant Dadaşova" sualı zamanı ifaçının sənətinin qarşısında baş əydiyini desə də, Faiq Ağayevi daha üstün tutduğunu qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
XƏBƏR LENTİ
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi
-
"Bavariya" Harri Keyn barədə qərarını verdi
-
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)





