"İstəyirəm sənət yoldaşlarım o qədər bu sənətə hörmət eləsinlər ki... Çox təəssüflər olsun ki, bizim muğam ifaçılar daha çox bunları riayət edirlər".
Milli.Az xəbər verir ki, bu sözləri "Hər şey daxil"də qonaq olan Ceyhun Qala deyib.
Verilişin aparıcısı Tarix Əliyev (Tolik) Ceyhunun bu açıqlamasına qarşı çıxıb. Tolik diqqəti bəzi qız muğam ifaçılarının min oyundan çıxdıqlarına yönəldib:
"Sənə elə gəlir! Sən xanım muğam ifaçıları tanımırsan. Min cür oyundan çıxırlar. Hamısna aid deyil. Elə estradanın adı batıb. Çünki üzdədirlər. O muğam oxuyan bəzi qızlar var ha, saman altından su yeridənlər, onları sən görsən, bilərsən. Ona görə elə demə. Dilarə (Kazımova) üzdə soyunur, üzdə nə edirsə edir. Onlar amma üzdə uzun paltarla gəlirlər, amma bir Rusiyaya toylara gedirsən görürsən ki, a! Bu həmin muğam oxuyan qızdır?! Bu nədir geyinib? Elə bil ki, Kseniya Sobçak gəlib məclisə.
Ona görə elə deməyin. Sənətdə insan şəxsiyyətinə hörmət etməlidir. Siz özünüzə hörmət qoymasanız, sizin hörmətli dostlarınız da olmaz.
Bu gün estradada elə müğənnilərimiz var ki, toyda o qədər içirlər ki, toy yiyələri gedir, onlar hələ foyedə yatıb qalıblar. Ona görə də elə bilirlər hamısı belədir".
Təhməz Təkin
Milli.Az