Şou-biznes

Vüsalə həbsdə olan Təranənin qızını ziyarət etdi - FOTO

20 Mart 2019 14:48
10 Şərh     Baxış: 7 009

Aparıcı Vüsalə Əlizadə hazırda həbsdə olan prodüser Təranə Səmədovanın qızı Suelin yanına gedib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Vüsalə övladı Dilək və Suellə çəkdirdiyi fotolarını sosial şəbəkədə yayımlayıb. 

Aparıcı paylaşımına "Bu günlərdə heç kim tək qalmasın, hər kəsin qazanı qaynasın, əzizlərin, ailəsin başına toplayıb bayram süfrəsində otursun, İnşallah. Biz də Diləyimlə bu gözəl gündə Suel balamızı və İradə xalanı tək qoymadıq. Məndən çox Diləyim sevinir kimisə sevindirəndə, belə savab işləri balalarımızla birgə edək, gələcəkdə onlar da bu ənənəni davam etdirsin. Heç bir ocaq böyüksüz, uşaq valideynsiz qalmasın" sözlərini yazıb. 

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Teselli · 20 Mart 14:53150

    Allah komeyi olsun.

    Cavab yaz
  • Anonim
    sas · 20 Mart 15:45140

    belelerinin usaqlari pis veziyyetde qalir tesuf.

    Cavab yaz
  • Anonim
    Aki2 · 20 Mart 16:4780

    Allah komeyleri olsunnn

    Cavab yaz
  • Anonim
    .. · 20 Mart 17:46128

    Mence ele terane aid oldugu yerdedi.qizi ucun de bele yaxsidi

    Cavab yaz
    • Anonim
      Xanım · 20 Mart 18:3996

      Belə demək olmaz övladı var allah yolunu açıq eləsin amin

      Cavab yaz
  • Anonim
    Zeris. · 20 Mart 18:49112

    Allah teranənin də qapısını açsın. Və inseallah etdiyi səhvlərindən nəticə çıxarıb. Vusaledən də ALLAH razı olsun ki ən azından bir uşağın qəlbini sevindirib.inseallah bu uşaq böyüyəndə daha yaxşı xeyirli övlad olar.

    Cavab yaz
    • Anonim
      nuni · 20 Mart 21:02110

      inşaAllah anasının etdiyi səhvləri balası etməz,anası da şeytana uyub bir səhv edib qızını düşünməlidir,qızı üçün gərək tövbə edib bir daha belə səhvlərə yol verməsin.Qız anası təkcə özü üçün yaşamamalıdır!Azərbaycan qadını fədakardır balası uğrunda hər şeyə qadirdir!

      Cavab yaz
      • Anonim
        . · 20 Mart 21:1262

        Qozbeli qebir duzelder

        Cavab yaz
  • Anonim
    Mamlyuk · 20 Mart 21:2493

    Təranə xanımın özünün iki qızı var, ancaq başqa qadın və qızları tora salaraq qadın alveri kimi bir iyrənc işlə məşğul olurdu.

    Cavab yaz
  • Anonim
    ziyali · 20 Mart 22:0590

    Vusale xanim shou-biznesin "kishi"-lerine numune gosterdi."Cocuqlarin gunahi ne".

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.