Şou-biznes

Damlanın oğlu sarsıntı keçirtdi - VİDEO

8 Mart 2019 21:25
20 Şərh     Baxış: 8 014
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müğənni Damlanın oğlu son günlərdə anasının ətrafında baş verən intim video qalmaqalından sonra ciddi sarsıntı keçirib.

Milli.Az xəbər verir ki, Damla və Könül Kərimova bu gün aparıcı Nanə Ağamalıyevanın ATV-də yayımlanan "Atv Şou" verilişinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hazırlanan buraxılışında qonaq olub. Könül Kərimova efirə oğlu Rəşad ilə birlikdə gəlib. N.Ağamalıyeva bildirib ki, Damla da proqramda oğlu ilə birgə iştirak etməli idi, lakin müəyyən səbəblərdən dolayı gələ bilməyib.

Daha sonra Damla etiraf edib ki, ona aid olduğu deyilən məlum videonun görüntüləri yayıldıqdan sonra oğlu ciddi sarsıntı keçirib:

"Son dönəmlərdə baş verənlər istər-istəməz İbrahimə təsir edib. Oğlan uşağıdır... Psixoloji sarsıntı keçirib, inanmıram ki, bundan sonra o, efirlərə çıxsın". (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Damlanın oğlu sarsıntı keçirtdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.