Şou-biznes

“Fotoşopun nə olduğunu bilmirəm...” - Rəqsanə - FOTO

19 Dekabr 2018 15:35
10 Şərh     Baxış: 3 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Rəqsanə İsmayılova bu dəfə fotoşoplu fotosu ilə gündəmə gəlib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu yaxınlarda ana olan ifaçı əvvəlki görüntüsü ilə yeni halını sosial şəbəkədə paylaşaraq müqayisə edib. 

Rəqsanə bildirib ki, iki ayda bu qədər arıqlaması hər kəsi şoka salıb və o, fotoşopdan istifadə etmir: "Ümumiyyətlə, fotoşopun nə olduğunu bilmirəm, şəkillərimdə çox az hallarda nəsə təmizləmə ola bilər. Onu da özüm etmirəm, hövsələm çatmır, köməkçilərim yardım edir. Baxın, görün səhifəmdə belə şey var? Tam olaraq su və meyvədən istifadə etdim, yeməyi dayandırdım. Ac qalmaq arıqlamağa kömək etmir, yemək də lazımdır. Bir də 7 ildən çoxdur dərman isitfadə edirdim. Hamilə oluğum müddətdə dərmanlardan imtina etdim. Mənə çox yazırlar, iki ayda bu qədər çəki atmağım hər kəsi şoka salıb. Ana olduqdan sonra belə arıqlamaq möcüzədir". 

Rəqsanə fotoşopdan istifadə etmədiyini desə də, izləyicilərin əksəriyyəti buna inanmayıb.  Hətta məşhur  "photoshop.ifsa" səhifəsi də sənətçinin proqramlardan istifadə etdiyini qeyd edib. Paylaşılan fotoda sənətçinin qarın və ayaq nahiyələrini incələşdirməsi də diqqətdən yayınmayıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.