Məmur obrazındakı Amaliya Pənahova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (197-ci say) təqdim edir.

Ötən həftə Azərbaycan mədəniyyətinə sözün əsl mənasında ağır itki üz verdi. Onlarla aktyor və aktrisanın yetişməsində rolu olan, kino və teatr tariximizdəki beş yüzdən artıq rolun yaradıcısı Amaliya Pənahovanı itirdik. Oynadığı rolları, möhür vurduğu obrazları, qeyri-adi səs tembrinin incəliklərini sadalamaq fikrim yoxdur.
Bir-iki kəlmə vida mərasimində gördüklərimdən yazmaq istəyirəm. Bu haqda sosial şəbəkədə də yazmışdım. Təkrar olsa da bir daha yazmağı lazım bilirəm. Hərdən mənə elə gəlir ki, bəzi sənət adamları vida mərasimləri üçün xüsusi bəzənib-düzənib müsahibə verməyə gəlirlər. Məsələn, sənətinə və özünə hörmət etdiyim bir aktyor mərasim başlayandan bitənə qədər "Azdrama"nın fayesində müsahibə verirdi. Sonradan öyrəndim ki, camaat dağılışandan sonra da öz-özünə müsahibə verirmiş. Axı bu nəyin şöhrətpərəstliyidir? Axı niyə xalq müraciətlərinizi, ölən barədə xoş sözlərinizi onun ölən gününə, vida mərasiminə saxlayırsınız? Niyə də, niyə? Səbəb?
Hələ bir-iki serialda kütləvi səhnələrdə çıxış edən "aktyor" və "atkrisalardan" danışmıram. Onları görməyə iki göz azlıq edərdi. Bəlkə də bəziləri bankdan evinin təmiri üçün kreditə götürdüyü puldan götürüb gözəllik salonuna getmişdi. Hə, yadıma düşmüşkən bunu da qeyd edim. Deməli, mərasimin başlamağına dəqiqələr qalmış xalq artisti Şəfiqə Məmmədova rəsmi şəxslər üçün nəzərdə tutulmuş sıraya təşrif buyurur. Teatrın nəzarətçisi deyir ki, ay xanım, ora olmaz. Şəfiqə xanım yaxşı ki birtəhər də olsa, kim olduğunu izah edə bildi. Başa düşürəm, teatr nəzarətçisi aktyor deyil, aktrisa deyil.
Amma ən azı bu sahədə çalışırsansa, Şəmi Şöşünü olmasa da, Şəfiqə Məmmədovanı tanımalısan da. Sizi inandırıram ki, o məclisə "İnstagram"ı "partladan" vaynerlərdən, yaxud az öncə adını çəkdiklərimdən kimsə gəlsəydi, nəzarətçilər onların qabağına qaçacaqdı.
Yadıma düşmüşkən, bunu da deyim. Səhv etmirəmsə, bu hadisə ANS-də olub. O vaxt mühafizəçilərdən biri Rasim Balayevi tanımadığına görə içəri buraxmayıbmış.
Dəfn mərasimindən sonra sosial şəbəkələrdə hamı "əziz müəllimim" başlığıyla fotolar paylaşmağa başladı. Başa düşürəm, kimlərsə ondan görüb götürüblər. Amma adamın ölüsündən də "layk" qazanmaq nə dərəcədə doğrudur?
Amaliya Pənahovayla cəmi bir-iki dəfə üzbəsurət ünsiyyətimiz olmuşdu. Zahirən eqolu görünsə də, əl tutmağı bacaran, gənclərə dəstək olmağa çalışan sənətkar idi. Elə rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında məhz onun sayəsində fəxri ad almış onlarla aktyor və aktrisa var. Ancaq onu mənim üçün böyük edən başqa məqamdır. Sənətkar son gününə qədər xəstəliyini (xərçəng xəstəliyindən əziyyət çəkirmiş) hər kəsdən gizli saxlamağı bacarmışdı. Elə ona görə də ölümü insanlarda şok effekti yaratmışdı. Müalicəsini də ölkədən kənarda etdirirmiş. Əslində, başqa cür də edə bilərdi. Məsələn, keçmiş deputat, xalq artisti, teatr rəhbəri kimi aidiyyatı şəxslərə mətbuat vasitəsilə, yaxud birbaşa müraciət edə, müaliəcəsinin olunmağına yardım istəyə bilərdi. İstəmədi, etmədi... Və bəlkə də illər öncə kimlərinsə beynində canlanmış məmur obrazını da ömrünün son günlərində TƏHVİL VERDİ.
Milli.az
DİGƏR XƏBƏRLƏR
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
XƏBƏR LENTİ
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
Arazda batan yeniyetmənin meyiti TAPILDI
-
"Sunday Scaries" nədir, necə öhdəsindən gəlmək olar?
-
Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
-
Qozlu içlikli peçenye resepti
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib





