Qozlu içlikli peçenye resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağızda dağılan xırtıldayan xəmiri və daxilindəki nəfis qozlu dolğusu ilə çay saatlarının favoriti olmağa namizəd olan bu resept həm praktik hazırlanması, həm də ətri ilə mətbəxinizə istilik qatacaq. Xüsusilə qəhvə və çayın yanına çox yaraşan bu şirniyyat darçınla zənginləşən içliyi sayəsində hər tikədə ev üsulu dadların ən özəl halını hiss etdirir. Uzun müddət təravətini qoruyan bu un məmulatı qonaq süfrələri və ya şirniyyat krizləri üçün mükəmməl bir alternativdir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Xəmiri üçün:
125 qr kərə yağı
Yarım çay stəkanı duru yağ
1 ədəd yumurta
3 yemek qaşığı şəkər pudrası
2 yemək qaşığı qatıq
1 paket vanil
1 çay qaşığı qabartma tozu
2,5 stəkan un
İçliyi üçün:
1 stəkan iridən çəkilmiş qoz
2 yemək qaşığı şəkər tozu
1 çay qaşığı darçın
Üzü üçün:
Şəkər pudrası
Hazırlanma qaydası
İlk olaraq otaq temperaturunda yumşalmış kərə yağı, duru yağ, yumurta, şəkər pudrası və qatığı geniş bir qaba tökün. Materialları yaxşıca qarışdırın.
Vanil, qabartma tozu və unu hissə-hissə əlavə edərək ələ yapışmayan, yumşaq konsensensiyalı bir xəmir yoğurun.
İçliyi hazırlamaq üçün ayrı bir qabda qoz, şəkər tozu və darçını qarışdırın.
Xəmirdən qoz böyüklüyündə parçalar qopardın və ovucunuzun içində yayın. Ortasına hazırladığınız qozlu içlikdən qoyub bağlayın. Yuvarlayaraq dairəvi şəkil verin.
Kurabiyələri yağlı kağız sərilmiş soba listinə aralı şəkildə düzün.
Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada üzəri yüngül çəhrayı rəng alana qədər təxminən 20 dəqiqə bişirin.
Sobadan çıxan kurabiyələr tamamilə soyuduqdan sonra üzərlərinə şəkər pudrası səpərək servis edin.
Xəmirin yumşaq olması kurabiyələrin ağızda dağılmasını təmin edir. Buna görə də unu birdən-birə deyil, az-az əlavə edin.
İçliyin çox quru olmamasına diqqət edin; ehtiyac yaranarsa, içərisinə çox az əridilmiş kərə yağı əlavə edə bilərsiniz.
Sobadan çıxan isti kurabiyələri ilk istiliyi keçənə qədər yerindən tərpətməyin, əks halda tez dağıla bilərlər.
Şəkər pudrasını mütləq kurabiyələr tam soyuduqdan sonra səpin, yoxsa isti xəmirin üzərində əriyərək pis görünüş yaradar.
Qozlu kurabiyələri çay, qəhvə və ya ilıq süd ilə servis edə bilərsiniz. Süfrə təqdimatını daha zəngin etmək üçün servis boşqabını darçın çubuqları və bütöv qoz ləpələri ilə bəzəyə bilərsiniz. Yay aylarında yanında bir top vanilli dondurma ilə təqdim etmək də fərqli bir ləzzət yaradır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
-
Sobada İzmir küftəsi resepti
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
XƏBƏR LENTİ
-
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
-
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi
-
Əməkdar artist: "Gizli ailə qurmuşam və qız anasıyam yazıblar" (Video)
-
“İranla münaqişə istədiyim vaxt bitəcək” – Tramp
-
Elektroskuter istifadəçilərinin diqqətinə: Cərimə ilə üzləşə bilərlər
-
Yasamalda məktəbli qızın faciəli ölümü - Hadisədən əvvəl nə deyib? - (Yenilənib)
-
Bakının 4 rayonunda işıqlar sönəcək
-
Kartof bahalaşacaq?
-
Ayın 29-da intensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
BMT rəsmisindən Azərbaycanın ev sahibliyinə yüksək qiymət - (Foto)
-
"Bolt"dan çağırdığı sürücü başına iş açdı - (Foto)
-
Xuraman Əlizadəyə ağır itki - (Foto)
-
Ənvər Hacıməmmədov vəfat etdi
-
Azərbaycan əsilli rejissor barəsində həbs qərarı verildi - (Foto)
-
Yevlaxda iki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - (Video)
-
"Qalatasaray" və "Fənərbağça"nın ulduzunu 10 oyunluq cəza gözləyir
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Bakıda bütün köhnə avtobuslar tarixə qovuşur
-
İsraildə seçkilərin ilkin nəticələri: Netanyahu irəlidədir
-
Məşhur aktyor vəfat etdi - (Foto)
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)





