Şou-biznes

"Anar çıxıb deməli idi ki, porno sahəsinə keçib"

5 Noyabr 2018 12:57
18 Şərh     Baxış: 14 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə xeyli məşhurlaşan "Popumuz var" verilişinin budəfəki qonağı reper Promete olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, aparıcılığını Murad Arifin etdiyi verilişdə reper Anar Nağılbazın ölümündə cəmiyyəti günahlandırıb:

"Anar Nağılbaz öldükdən sonra bizim cəmiyyətdən əlimi üzdüm. Nağılbazın o videoda nə edib-etmədiyi önəmli deyil. Bunun heç kəsə aidiyyəti yoxdur. Bunu siz etmirdiniz. Nağılbaz çıxıb deməli idi ki, "Əcəb etmişəm. Bu, mənim öz işimdir". Hətta bu videoları davam da edə bilərdi. "Artıq porno sahəsinə keçmişəm". Ancaq demədi. Səhvi də bu oldu.

O insanı camaat öldürdü. İmkan verməməli idi ki, insanlar şəxsi həyatına burnunu soxsun. Gərək özünə bəraət qazanmağa çalışmazdı, etiraf edərdi və mühakimə edənləri də sərt sözlə susdurardı. Nəticədə, Nağılbaz kimi beyini itirdik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.