Pərvinin doğum günü, gecəsinə iki min qazanan müğənni, Afaqın soyunmağı və böcək söhbəti - HƏFTƏBECƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (194-cü say) təqdim edir.

Bu yaxınlarda Təranə Qumral doğum gününü qeyd edib. Mən də öz adımdan təbrik edirəm. Saytlardan oxudum ki, Musa Təranəyə bahalı maşın alıb. Bir daha təbrik edirəm.
Hər dəfə xalq artisti İlhamə Quliyevadan nəsə yazanda içimdən qəribə sükut keçir. Süstləşirəm, düşünürəm, baş verənləri təhlil etməyə çalışıram. Doğrudanmı bir insan öləndən sonra bu qədər əziz oldu? Bacıları indi onun mülkünün üstündə az qala bir-birinə düşmən kəsilib. Bacılarından biri deyib ki, oğlu Orxan İlhamə öləndən sonra evin əşyalarını satıb. Bu arada deyim ki, Orxan hazırda polis tərəfindən saxlanılıb. Necə deyərlər, Allah qapısını açsın. Tutaq ki, Orxan hansısa əməlinə görə cəzasını çəkəcək. Bəs siz? Bəs İlhamənin sağlığında yaxın buraxmadığı bacıları? Onları nə zamansa bir dəfə İlhamənin yanında, evində, məclisində, tədbirində görən olubmu? Ayıbdır, vallah. Əgər o var-dövləti İlhamə özüylə apara bilməyibsə, deməli, siz də bu barədə ciddi düşünməlisiniz.
Aktrisa Pərvin Abıyevanın da ad günüymüş. Onu da təbrik edirik. İyirmi səkkiz yaşını qeyd edən aktrisa ad günündə bir oynamaq oynayıb ki, gəl görəsən. Elə o rəqsə baxa-baxa aktrisanın "mən min manata işləyən adama oxşayıram" sözləri yadıma düşdü. Niyə? Elə-belə yadıma düşdü də. Düşmək demişkən, Allah ABŞ-ın insafını kəssin. Nə barmaq elədisə, türk lirəsinin də kursu sürətlə aşağı enir. İndi Türkiyəylə, türklərlə iş birliyi quran sənətçilərimiz də qalıblar mat-məəttəl. Gedirlər orada əziyyət çəkirlər, alın təriylə pul qazanırlar, gətirib burada milli valyutaya çevirəndə olur qəpik-quruş.
Bir neçə gün öncə az qala yas məclislərində də oxudulan "Səni deyirlər"i oxuyan müğənni Bakıya gəlib. Bizim müğənnilər də bu "çörəkli mahnı"nın ifaçısını dövrəyə alıblar. Şəkil çəkdirən kim, avtoqraf alan kim. Bir az əvvəl də Ali Pormehr gəlmişdi. Yazığı necə hürkütdülərsə, gecəylə Bakıdan başını götürdü qaçdı. Gecəsi iki minə işləyən müğənnilər Alidən pulsuz mahnı istəyirmişlər. Onun da üzü gəlməyib desin ki, sənin bir gecən iki min manata çıxır, amma mən altı saatlıq toydan heç iki min qazanmıram.
Samir Piriyevlə Niyam Səlami söhbəti də uzana-uzana gedir. Niyam deyib ki, Türkiyədə açdığımız restoranda 30 min pulum batıb. Samir də deyib ki, Niyam o işə bir manat da xərcləməyib. Adamda belə təsəvvür yaranır ki, o restoranı başqa adam açıb və bu ikisini çağırıb ki, gəlin, işlədin.
"Toppuş bacı"nın əri Röyal demişdir: "Toppuş bacı mənim Allahımdır". Ay qardaş, Allahın olsun, imanın olsun, o qadına başa sal ki, bu camaat özünü güclə dolandırır, o aksiyanı bitirsin. Eşitdiyimə görə, təzə aksiyaya başlayıb bu dəfə villa almaq fikrindədir. Heç olmasa gözləyin, camaat bir az özünə gəlsin, sonra atışıb villa da alarlar.
Müğənni Afaq Aslanın tamam soyunmaq xəbərləri saytları bəzəyir. Axtarış verdim və məlum oldu ki, Afaq hələ bir neçə ay öncə tamamilə soyunubmuş. Bəs indi bunu xəbərə çevirmək niyə? Hə, başa düşdüm. Əvvəl paltarını tamam soyunubmuş, bu dəfə dərisini dəyişib.
Yaşı əllini keçmiş bir qadın müğənni var. Özündən təxminən on beş yaş gənc iş adamına yalvarır ki, ərimdən boşanım, məni al. İş adamı da ətrafdakılara yalvarır ki, məni bu "böcəyin" əlindən alın. Böcək nə deməkdir? Bu qadın müğənninin qırx yaşlı kişiyə verdiyi addır. Kişinin də, maşallah, hardasa yüz kilo çəkisi var. Elə bir az da babat yeyib-içsə, Arzu Rzayev boyda olar. Hər həftə yazımı oxuduğunu nəzərə alıb, həmin qadın sənətçiyə müraciət edirəm. "Böcək" xahiş edir ki, onu rahat buraxasız. Deyir ki, məndən ona böcək olmaz, elə yanındakı ditdilidən möhkəm yapışsın. Sizcə, bu alleqoriyada söhbət hansı qadın sənətçidən gedirdi?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
XƏBƏR LENTİ
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
Arazda batan yeniyetmənin meyiti TAPILDI
-
"Sunday Scaries" nədir, necə öhdəsindən gəlmək olar?
-
Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
-
Qozlu içlikli peçenye resepti
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib





