Şou-biznes

"Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi" - Sevda ilə Elgiz arasında qalmaqal

13 Sentyabr 2018 17:48
13 Şərh     Baxış: 11 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Səhər-Səhər" verilişini yarımçıq tərk edən müğənni Sevda Sanəliyeva ilə aparıcı Elgiz Əkbər arasında münaqişə yaranıb.

Milli.Az  xəbər verir ki, yenicag-a danışan Sevda məsələyə belə aydınlıq gətirib:

"Elgiz Əkbər veriliş başlayandan sona qədər mənim ifa etdiyim "Leyli" adlı mahnını tənqid etdi. O, mahnının uğursuz olduğunu deyib, tamaşaçılarımı zövqsüz adlandırdı. O kimdi ki, mənim tamaşaçılarıma zövqsüz desin?! Bu da mənə xoş gəlmədi və efiri yarımçıq tərk etdim. Mənim yerimə kim olsaydı, belə hərəkət edərdi".

Qeyd edək ki, Sevda bu gün ARB-nin "Səhər-səhər" verilişini yarımçıq tərk edib. İzləyicilər bunu müğənninin canlı ifadan qaçması kimi dəyərləndirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.