Manafın qəhrəmanlığı, Babəkdən təqdirəlayiq addım, Aygün Kazımovanın "çobanlığı" - HƏFTƏBECƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (187-ci say) təqdim edir.

Əziz dostlar, şərhlərdə yazırsınız ki, "Həftəbecər"in duzu, istiotu azalıb. Sizi anlayıram, nəyi nəzərdə tutduğunuzu da başa düşürəm. Amma siz də məni başa düşün. Məsələn, dünən bir sənətçinin "JEK" müdiri saxlayırdısa, bu gün haranınsa rəisi saxlayır. Yəni bunların statusu, titulu yekəldikcə, adamın yazmaq imkanları da azalır. Məncə, nə demək istədiyimi yaxşı anladınız. İndi isə keçək mövzulara. Öncədən deyim ki, ilk xəbər şərhimiz yetərincə əhatəlidir və bunun da səbəbi var.
Ötən həftənin ən çox müzakirə olunan sənətçisi heç şübhəsiz ki, Manaf Ağayev idi. Söhbətin Mətanət Əsədova ilə bağlı hissəsindən xəbərdarsınız deyə, əlavə şərhə ehtiyac görmürəm. Amma dünyanın üç ən güclü şahmatçısından biri olan Şəhriyar Məmmədyarova dəstək verməyə hazır olduğunu deməsinin ardınca səslənən fikirlər, yazılan şərhlərə görə doğrudan da çox təəssüfləndim. Bilirsiniz niyə? Azca əvvələ qayıdaq, hər şeyi izah edəcəyəm. Şəhriyar Məmmədyarov ona sponsor tapılmadığını deyəndə, şəxsən özüm Manaf Ağayevə zəng vurdum ki, əslən Zəngilandan olan dünyaca məşhur şahmatçımızın dəstəyə ehtiyacı var. O da bildirdi ki, əlbəttə, təkcə Şəhriyara deyil, gücüm çatan qədər hər kəsə kömək etməyə hazıram və etmişəm də. Mən də bunu Ağayevin dediyi formada yazdım. Sonradan səhifələrdə, saytlarda, statuslarda, şərhlərdə həmin fikrin təhrif olunmuş formaları qarşıma çıxdı. Bax onda təəssüfləndim. Axı bu adam pis olan nəsə demir. Deyir ki, dəstək olmağa hazıram. Adam cəmi bir həftə əvvəl bir məşhur idmançının, müharibə veteranının da həyatını xilas edib, onu son anda intihar etmək fikrindən daşındırıb. Bunun nəyi pisdir ki? Bəli, kimlərsə bu fikirlərə görə məni qınayacaq. Amma sizi əmin edirəm ki, efirə mələk siması ilə çıxan bir sıra xalq artistləri var ki, yüz min cür hoqqalardan çıxırlar. Sadəcə, necə deyərlər "yorğanları" qalındır deyə, söhbətin iyi üstə çıxmır. Elə adamlar göstərərəm ki, siz onlara kişilik rəmzi kimi baxırsınız, amma həmin adamlar heç də Samiraldodan üstün deyillər. Ona görə də kimisə tənqid edəndə, əvvəlcə etdiyi əməllərə baxmaq lazımdır. Sonda vicdanım və oxucularım qarşısında bir cümləylə yarana biləcək şübhələrə son qoymaq istəyirəm. Manaf Ağayevlə qohumluq əlaqəmiz yoxdur, mətbuat katibi deyiləm, heç bir maddi-mənəvi asılılığım da yoxdur. El dili ilə desək, Manaf Ağayevin bir içim suyunu da içməmişəm. Məncə, hər şey aydın oldu.
Yadınızdadırsa, bir müddət öncə sosial şəbəkələrdə bir fəhlənin videosu yayılmışdı, oxuyurdu. Həmin fəhlənin ifaçılığının inkişafını təmənnasız olaraq əməkdar artist Babək Niftəliyev öz üzərinə götürüb. Əhsən!
Xalq artisti Aygün Kazımova deyib ki, müğənni olmasaydı, çoban olardı. Üç həftə səhnə təcrübəsi olub, özündən başqa kimsəni bəyənməyən, digər peşə sahiblərinə üstdən aşağı baxanlar üçün yaxşı nümunədir.
Aktrisa Ülviyyə Əliyevanın apardığı "Zəhmətkeş ulduzlar" verilişi yeddi illik fəaliyyətini başa vurdu. Yəni, veriliş bağlandı. Hər şey yerini tutacaq, amma bir məsələyə təssüf edirəm. Yenə səsi, sənəti olmayan bəzi sənətçilər camaatın işinə yarıyırdılar. Oxuya bilməsələr də, Ülviyyə onları aparıb yaşlı adamların bağ-bostanını bellədirdi, tövləsini kürütdürürdü. Təəssüf!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
XƏBƏR LENTİ
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
Arazda batan yeniyetmənin meyiti TAPILDI
-
"Sunday Scaries" nədir, necə öhdəsindən gəlmək olar?
-
Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
-
Qozlu içlikli peçenye resepti
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib





