Anar Nağılbaz, İzzətin "İnstaqram"ı, Zaurun efirdə şalvar dəyişməyi - HƏFTƏBECƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (184-cü say) təqdim edir.

Ötən həftə daha bir məşhur - Azərbaycan repinin banisi Anar Nağılbaz vəfat etdi. Ölümündən sonra hərə bir şey yazdı, danışdı, dedi. Ancaq mənə ən qeyri-səmimi görünən onun sənət yoldaşlarının fikirləri idi. Bir yazdı ki, dostcanlı insan idi, başqa biri buyurdu ki, xəbəri eşidəndə halı dəyişib. Mən isə düşünürəm ki, Anarın vəfatından sonra səmimi danışa biləcək iki sənət adamı var. Onlardan biri əməkdar artist Nahidə Orucovadır, digəri "Elit star" Cəmilə. Çünki bu sənətçilər Anarın ən çətin günlərində onun yanında olublar. Digərlərinin yazdıqları isə vəfat etmiş birinin adıyla özünü reklam etməkdən başqa bir şey deyildi.
Bu arada İzzət Bağırov "Instagram" profilini bağlayıb. Tam ciddi sözümdür. Məhz bu münasibətlə Bağırovu təbrik etməyə dəyər. Çünki İzzətin nə sosial şəbəkədən toy tutan vaxtı deyil, nə də kiminləsə "razborka"ya gedən dövrü. Təbii ki, həmin sosial şəbəkədə yetərinc dəyərli insanlar var. Ancaq adı, soyadı, nəsli, cinsi bəlli olmayan bir çoxları-onların arasında sənət adamları da var - "Instagram"ı elə vəziyyətə qoyublar ki, adam bu sosial şəbəkənin adını eşidəndə utanır.
Kim deyib ki, bizim sənətçiləri Biləcəridən o tərəfə heç kim tanımır? O sözü ilk dəfə deyən adamı mən və Qulpqoyan dayı axtarırıq. Şəbnəm Tovuzlu Gürcüstanda toyda iştirak edib. Məclisə pərəstişkarı dolların tapılmayan vaxtında Şəbnəmi Amerika valyutasına qərq edib. Eşitdiyimə görə, Amerikadan bu hadisədən sonra telefon zənqi gəlib və deyilib ki, özünüzü yığışdırın. Artıq məsələyə Hafiz Hacıyev səviyyəsində müdaxilələrin də ediləcəyi gözlənilir.
Hafiz Hacıyev dedim, yadıma ATV-nin aparıcısı Zaur Baxşəliyev düşdü. Dərhal yozmağa çalışmayın. Hər halda bu iki şəxs arasında mütləq ki, ortaq nöqtələr vardır. Məsələn, hər ikisinin saza, sözə böyük marağı var, ləhcələrində oxşarlıq danılmazdır, ikisi də cəmiyyətdə yetərincə tanınır. Düzdür, Hafiz müəllim efirdə kobud, hətta sərt danışıb. Ancaq hələ ki, şalvarını dəyişməyib. Bax bu məqam Zaurun Hafiz müəllimlə müqayisədə daha müasir olmağının göstəricisidir. O gün efirdə paltarını dəyişib. Bəli, bu həm də telekanalın öz tamaşaçısına qoyduğu hörmətdir. Məsələn, bir müddət sonra hansısa aparıcının unitazda oturub canlı yayıma qoşulması mənimçün təəccüblü olmayacaq.
Xalq artisti Rəmiş də sənəti bir qırağa qoyub keçib şou biznes tərəfə. O gün efirdə ad çəkmədən belə bir ifadə işlədib:"Ərə gedir, 10 gündən sonra "ərim narkomandır" deyib ayrılır".
Siz Allah bu açıqlama o boyda ad-sana, titula, məşhurlağa yaraşırmı? Rəmiş müəllim, siz həm də belə açıqlama verməklə Əli Mirəliyevin kurasiyasına müdaxilə etmiş olursunuz. Fərqindəsinizmi?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
XƏBƏR LENTİ
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
Arazda batan yeniyetmənin meyiti TAPILDI
-
"Sunday Scaries" nədir, necə öhdəsindən gəlmək olar?
-
Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
-
Qozlu içlikli peçenye resepti
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib





