Flora Kərimovanın "ilişdikləri", Xatirənin atasının fərasəti, Şəbnəmə görə olmayan toy və Günaya 100 min - HƏFTƏBECƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (182-ci say) təqdim edir.

Açıq etiraf edirəm ki, hər dəfə Flora Kərimova haqda yazandan sonra özümü məzəmmət edirəm. Deyirəm ki, axı sən bu ölkə üçün Flora xanımın gördüyü işlərin bir faizini də görməmisən. Düz də deyirəm. Ancaq görəndə ki, Flora xanım gah Zeynəb Xanlarovaya, gah sağlığında İlhamə Quliyevaya, indi də Röyaya "ilişir", onda özümə haqq qazandırıram. Bilirsiniz niyə? Məsələn, Flora xanım deyib ki, müğənni Röya populyarlaşmaq üçün düz yol seçməyib. Bu açıqlama 10-12 il əvvəl verilsəydi, tamamilə haqlıydı. Çünki onda Röyanın müxtəlif jurnallar üçün çəkdirdiyi fotosessiyalar oxuduqlarından daha məşhur idi. Ancaq bu gün belə bir açıqlamanı vermək nə dərəcədə məntiqlidir. Bəli, Röya səhnəyə, daha doğrusu gündəmə həmin fotolarla gəldi. Lakin indi görülən işlər tamam başqadır axı. Hətta bu açıqlamanı "arxadan atılan daş topuğa dəyər" məsəliylə də müqayisə etmək olar.
Müğənni Xatirə İslamın atası Novruz kişinin ikinci oğlu dünyaya gəlib. Bu dəfə özündən 30 yaş kiçik olan 36 yaşlı xanımdan. Qulpqoyan dayı bu xəbəri görən kimi yaman qımışdı. Yüz faiz ya "hazırlıq işləri" görür, ya da başqa bir hoqqa çıxaracaq. Bu kişi Gürcüstana gedəndə bilirdim ki, işlərin axırı yaxşı qurtarmayacaq.
Konkret sənətçiyə aidiyyəti olmayan bir məqama toxunmaq istəyirəm. Adətən deyirik ki, bölgələrdə insanlarımız yaxşı dolana bilmirlər, iş yoxdur, bekarçılıqdır. Maraq üçün sosial şəbəkələrdə bir həftə müşahidə apardım. Əksər sənətçilərin toylardan paylaşdıqları videolar məhz rayonlardan idi. Axı niyə insanlar min bir əziyyətlə qazandıqlarını 5-6 saatın içində hansısa səviyyəsiz ifaçıya xərcləməlidirlər. Söhbət 2-3 mindən yox, daha böyük pullardan gedir. Həm də bu sənətçilər bölgələrə ikiqat baha qiymətə gedirlər. Qəribə təzaddır, deyilmi?
Bax, məsələn, Şəbnəm Tovuzlu deyib ki, insanlar ona görə toy tarixini dəyişir. Tutaq ki, Məmmədhəsənin oğlunun toyu oktyabrın 5-də olmalı idisə, əgər həmin gün Şəbnəm Tovuzlu Moskvada toydadırsa, vəssalam. Toy olmayacaq!
Müğənni Günay İbrahimli həmkarımız Anar Məmmədovdan 100 min tələb edir. Əgər məhkəmə qərar çıxarsa, Anar sənətçiyə həmin məbləği ödəməlidir. Yenə qəribə vəziyyət yaranır. Keçmiş sponsoru Günaydan öz pulunu tələb edir, Günay da jurnalistdən.
Könül Kərimovanın arxiv videosu yayılıb. Mənə elə gəldi ki, bu görüntülər təxminən 1945-ci ildə çəkilib. Hər halda Könül xanıma estetik cərrahiyənin şah əsəri də deyə bilərik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
XƏBƏR LENTİ
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
Arazda batan yeniyetmənin meyiti TAPILDI
-
"Sunday Scaries" nədir, necə öhdəsindən gəlmək olar?
-
Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
-
Qozlu içlikli peçenye resepti
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib





