Nağılbazın evliliyi, Pərvinin sevgililəri, Könülə cuman məmur və Aygün Kazımova - HƏFTƏBECƏR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (178-ci say) təqdim edir.

Anar Nağılbaz hamıdan gizli evlənib. Allah xoşbəxt etsin! Elə gərək keçmiş həyat yoldaşı Anjelika Cəbiyevayla məsələni də gizli həll edəydi, söhbət bu yerə qədər gəlib çatmayaydı.
Aktrisa Pərvin Abıyeva bikinidə foto çəkdirib, camaat da başlayıb aktrisanı tənqid etməyə. Nəyi tənqid edirsiz? Bikinini, yoxsa Pərvini? Pərvinin bu tərzdə ilk fotosudurmu? Yox! İnanıram ki, onu tənqid edənlərdən hansısa Pərvinlə rastlaşsa, qaça-qaça gedib şəkil çəkdirəcək. Kimsə inciməsin, amma bəzən bizim tənqidlərimiz də səmimi olmur. Pərvindən söz düşmüşkən, sevgililərinin sayını açıqlayıb. Deyib ki, 3 sevgilisi olub, hərəsinə də üç ilini verib. Nəzərə alsaq ki, Pərvinin 27 yaşı var, həmin rəqəmdən doqquzu çıxanda, qalır on səkkiz. Yəni, 18 yaşından etibarən Pərvin illərini sevgililərinə verib. Əslində, bu cəsarətli açıqlamaya görə Pərvinə təşəkkür düşür. Görün indi yaşı 40-50 olan sənətçilər neçə illərini sevgililərinə veriblər e.
Aktrisa Könül Yusifqızı deyib ki, bir məmurun qəbuluna gedib, o məmur da ehtirasla aktrisanın üstünə cumub. Kimdirsə, yenə şükürlüymüş. Otağına kişi müğənni gətirdib üstünə şığıyan məmurların yanında Könülün üstünə şığıyan məmura şükür.
Nazənin deyib ki, Təranə Qumral onu nömrəsiz maşınlarla izlətdirir. Təranə də deyib ki, Nazənin pul verib onu həbs etdirmək istəyir. Məncə, aidiyyəti qurumlar hər iki sənətçiyə vəziyyəti daha dərindən izah etməlidirlər. Axı kim Bakıda nömrəsiz maşın sürə bilər? İki dayanacaq nömrəsiz maşın sürərsən, yol polisləri adamı mühasirəyə alarlar. Yəni, bu qədərmi özbaşınalıqdır? Bu qədərmi yiyəsizlikdir? Bir daha deyirəm ki, lazımi orqanlar bu qadınlara yerlərini göstərməsələr, gedişat yaxşı olmayacaq.
Hə, bu arada yadıma düşmüşkən deyim. Yaydır, bəzi aktrisacıqların, müğənniciklərin əlinə babat fürsət düşüb. Hamı əynində əyni fotosessiya etdirir. Yaraşan da, yaraşmayan da məmurun Könülə cumduğu kimi çimərlik paltarını götürüb cumur dənizə. Soyunursuz cəhənnəm, heç olmasa baxın görün yaraşırmı? Sizi qınamıram e, saytların "filankəsdən cəsarətli fotolar" kimi başlıqlarının qurbanısınız.
Aygün Kazımova intihara cəhd edibmiş. Səbəb sevgilisinin intihar etdiyini öyrənməsidir. Hadisə nə zaman, hansı şəraitdə olub, bilmirik. Ümid edək ki, bu açıqlama növbəti Aygün-Namiq qalmaqalının bünövrəsi deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
"Komedixana"nın aktyoru özünə yeni ev aldı
-
Serenay Sarıkayanın yeni layihəsi
-
"Mənimlə bir dəfə şəkil çəkdirib, deyir ki, ustadımdır"
-
"Yeraltı"nın aktyoru Ərdoğan və xanımı ilə bir arada - FOTO
-
"Oğlumla gəlinim hər şeyi mənə deyir, evlərinin açarı da varımdır"
XƏBƏR LENTİ
-
Doğulmamış 8-ci övladının şərəfinə məclis təşkil etdi - FOTO
-
Arazda batan yeniyetmənin meyiti TAPILDI
-
"Sunday Scaries" nədir, necə öhdəsindən gəlmək olar?
-
Ani və anlıq başgicəllənmənin səbəbləri nələrdir?
-
Qozlu içlikli peçenye resepti
-
Ürək üçün ən faydalı 10 QİDA
-
Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...
-
Hündürlükdən yıxılırmış kimi hiss etmək bu problemlərin xəbərçisidir
-
Yayda sağlam qaralmağın yolları nələrdir?
-
Bakının bu rayonlarında işıq olmayacaq
-
“Real”ın baş məşqçisi klubdan ayrıldı
-
Əraqçi: Bölgəni tərk edin
-
Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
-
Sərt dəsmalları pambıq kimi yumşaldır: Sirkə əvəzinə bunu əlavə edin
-
Marsda nəhəng canlının olduğunu göstərən görüntü həqiqətdir? - FOTO
-
Günün qoroskopu: Həyatınıza ciddi və uzunmüddətli insan daxil ola bilər
-
Millimiz qalib gəldi - YENİLƏNİB
-
"Turan Tovuz"dan ilk transfer
-
Gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyalarına start verilib - FOTO
-
Qədim Çin bitkisi keçəlliyə qarşı ümid verdi: Saç köklərini yeniləyə bilər - FOTO
-
Çiyələk mürəbbəsinin qatı olması üçün nə etməli?
-
Bərdə sakini ilə qaçan məktəbli qız tapıldı - YENİLƏNİB
-
"Zirə" futbolçusu ilə yolları ayırıb
-
Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib





