Şou-biznes

Pərviz və Türkanı nə birləşdirir? - VİDEO - FOTO

28 Noyabr 2017 15:45
5 Şərh     Baxış: 7 783
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Pərviz Bülbülə və Türkan Vəlizadənin "Ürəyimdi mənim" mahnısı qısa zamanda hər kəsin ürəyinə hakim kəsilməyə başladı.

Milli.Az bildirir ki, "ARB Ulduz"un "Virtual həyat" proqramında da bu barədə sujet yayımlanıb.

Türkan Vəlizadə sosial şəbəkə hesabında mahnının söz və musiqisinin Pərvizə aid olduğunu qeyd edib. Pərviz Bülbülə isə bu haqda heç nə yazmayıb. Mahnının musiqisi, əslində, iranlı müğənni Amin Həbibinin 2016-cı ildə işıq üzü görən mahnısından götürülüb.

Pərviz və Türkanın səsini yazan studiya isə "İnstaqram" və "Youtube" hesabında sözlərin Pərviz Bülbüləyə aid olduğunu göstərib. Pərviz və Türkanın səsyazma studiyasından paylaşdıqları ifaya gələn rəylərin əksəriyyətində də mahnının Amin Həbibiyə aid olduğu vurğulanır. Nə olursa olsun, mahnı azərbaycanlı müğənnilərin ifasında əla alınıb.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.