Yaradıcı əməkdaşlıqlarında müəyyən fasilələr yaransa da, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə ilə populyar estrada müğənnisi İradə İbrahimova neçə ildir qarşılıqlı dost münasibətlərini qoruyub-saxlaya biliblər. Məhz bu dostluğun nəticəsidir ki, Gövhər xanım İradə üçün daha bir hit mahnı bəstələyib və onu sözün həqiqi mənasında ilhama gətirib. Bu barədə Trend-ə bəstəkarın piar-meneceri Ceyran Nəriman məlumat verdi.
"Aranjimanı Yaşar Baxışa, sözləri Fərhad Şabranlıya aid olan "Qəlbimdəsən" mahnısı tezliklə dinləyicilərə təqdim olunacaq. Hətta çox qısa zamanda mahnıya klip çəkilməsi də planlaşdırılıb. Çəkilişin İstanbulda yoxsa, Bakıda gerçəkləşəcəyi sual altında olsa da, növbəti mahnının Türkiyədə lentə alınması artıq qəti qərardır. Söhbət Gövhər Həsənzadənin İradə İbrahimova ilə növbəti layihəsi olacaq "Saf sevgi" mahnısından gedir. Ruslan Əliyevin sözlərinə yazılan mahnı tanınmış türk orkestrinin müşayiəti ilə lentə alınacaq və qardaş ölkədə də aranjiman olunacaq. Mahnının mətni Gövhər xanımın illərdən bəri əməkdaşlıq etdiyi tanınmış türk şairəsi Ayşe Yilmaz Birgül tərəfindən türk dilinə çevriləcək", - Ceyran Nəriman dedi.
Bəstəkar və müğənninin növbəti birgə fəaliyyətləri isə musiqi toplusu ilə bağlı olacaq. Albomun bütünlüklə İstanbulda hazırlanması nəzərdə tutulub. Piar-menecerin sözlərinə görə, yay boyunca günlərini studiyada keçirəcək rəfiqələr yeniliklər barəsində media mənsublarını daha yaxından tanış edəcəklər.
/Trend/
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bəstəkar Gövhər Həsənzadə populyar müğənni üçün yeni mahnı yazıb
21 İyul 2011 16:10
Baxış: 774

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yüksək təzyiqin ən təhlükəli əlamətləri açıqlandı - Mütəxəssislərdən xəbərdarlıq
-
Azərbaycanlı aparıcının hovuzdan VİDEOsu yayıldı
-
Qonağın güzgüyə baxması niyə bədbəxtlik gətirir? – Qədim inancın SİRRİ
-
Bu meyvələrdən yeyənlər gecələr erotik yuxular görür
-
Gəncədə zəncirvari yol qəzası oldu - xəsarət alanlar var
-
Günün qoroskopu: gözəl emosional bağ yarana bilər
-
"Süni intellektin insanlığı məhv etmə ehtimalı çox yüksəkdir"
-
"Ən böyük axmaqlıq gündə 3 dəfə yeməkdir" - Fuad Məcidov
-
Faciəvi şəkildə ölən tur rəhbərinin FOTOsu - YENİLƏNİB
-
Sənədsiz evlər problemi həll olunur: Vətəndaşlar hara müraciət etməlidirlər?
-
Bu saatlarda qarpız yemək olmaz
-
Messinin mühafizəçisi matçlardan uzaqlaşdırıldı
-
Stresdən dəri xəstəlikləri yaranır - Professor
-
Sevgilisinə 4,2 milyon rublluq virtual qurbağa hədiyyə etdi
-
Qəzzada 169 nəfər aclıqdan öldü
-
Tramp Rusiyanı yenidən sanksiyalarla hədələdi
-
"The Rolling Stones"un üzvü vəfat etdi
-
Paltaryuyanda gizli düymə – Qoxudan, küfdən və toz qalıqlarından qurtulmağın sirri
-
Bakıda məşhur restoranda parkinqə görə müştəridən 40 manat ödəniş alındı - FOTO
-
Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edildi
-
Azərbaycanlı milyarderə ağır zərbə
-
"Yeşilçam"ın aktyoru qocalar evində qalır - FOTO
-
Pul onlara doğru gəlir - Qarşıdakı 3 ayda karyera zirvəsi yaşayacaq 4 bürc
-
Bakıya işləməyə gələn kişi hündürlükdən yıxılıb öldü