“Efirlərə çıxmıram və ehtiyac da duymuram” - Çingiz Mustafayev - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ARB Ulduz"un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Çingiz Mustafayev olub.
Milli.Az xəbər verir ki, ilk olaraq, müğənni söz və musiqisi özünə aid olan yeni mahnısından söz açaraq, sevgiyə tamam fərqli bir pəncərədən baxdığını söyləyib:
"Normalda sevgi mahnıları ölürəm, darıxıram, sənsiz yaşaya bilmirəm kimi cümlələrdən ibarət olur. Yeni mahnımda isə mən sevdiyimə baxıb yorulmamaqdan, ruhumu qidalandırmaqdan, ətrindən doymamaqdan bəhs edirəm. Burada ayrılıq, ağır bir mövzu yoxdur. Mahnı yazanda hisslər çox vacibdir. Hisslər olmadan ilham gəlmir. Bununla yanaşı, fantaziya da çox önəmlidir. Yesenin deyir ki, insan bir dəfə sevir, sonra isə ona oxşarlarını axtarır. İnsanlar müxtəlifdir. Adam var ki, həyatında on dəfə sevib. Adam var ki, ömründə bir dəfə sevir, ikinciyə ehtiyac duymur".
Son dövrlərdə üzdə olmayan müğənni bununun səbəbini belə açıqlayıb:
"Bu, mənim seçimimdir. Karyeramın cürbəcür pillələrində olmuşam. Çox populyar vaxtlar olub. Şəhərdə gəzmək olmurdu. Eynək və papaq belə kömək etmirdi. Bu gün mən belə istəyirəm. Üç aydır efirlərə çıxmıram. Ehtiyac da duymuram. İnsan böyüdükcə müdrikləşir, ağıllanır. Elə verilişlər var ki, mən o verilişlərdən sonra özümü pis hiss edirəm. Həmin verilişlərdən sonra özüm öz gözümdən düşməyə başlayıram. Elə qonaqlarla çağırırlar ki, yaxud aparıcı elə suallar verir ki, mən bunu lazımsız hiss etməyə başladım".
Daha sonra Çingiz evlənməməsinin səbəbini də açıqlayıb:
"İnsanlar xoşbəxt olmaq üçün evlənir. Əksər hallarda əksi də olur, bədbəxt olurlar, ayrılırlar. Mən evlənəcəmsə, xoşbəxt olmaq üçün evlənəcəm. Əgər mənim azadlığım gedirsə, rahatlığım gedirsə, o zaman evlənməyin heç bir mənası yoxdur. Ona görə ailə və öz həyatım öz yerində".
Müğənninin çata biləcəyi ən yüksək məqamın toy olduğunu söyləyən ifaçı, bunun onun üçün maraqlı olmadığını və sevdiyi iş kimi qəbul etmədiyini dilə gətirib:
"Azərbaycanda bir ifaçının zirvə nöqtəsi toydur. Mən artıq bir şeylə barışdım ki, o arzular, hələ ki, real deyil. Ola bilsin ki, harasa köçüb gedərəm, bəlkə, orada reallaşar. Toya 50 minə də, 100 minə də, 1 milyona da getsəm, yenə maraqsızdır. Çünki toy sevdiyim iş deyil".
Çingiz Mustafayev sevimli heyvanı olan itindən də bəhs edib:
"Mənim ən sevdiyim itdir, Labrador iti. Əsəbi olmayan, hətta gecələr uşağın üstünü belə örtən bir itdir. Oğru girir önünə ayaqqabı gətirir. İşləməklə arası yoxdur, uşaqları çox sevir".
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu resepti bilənlər artıq dondurma almır
-
Kilosu 10 manata olan kartof - Batat hansı xəstəliklərdə faydalıdır?
-
Cistka trendinə aldanmayın: Prosedurun riskləri də az deyil
-
Hər gün etdiyiniz səhv ürək xəstəliklərinə səbəb ola bilər
-
Ozan Akbaba həyat yoldaşı ilə - FOTO
-
Mərkəzi yoldakı keçidin eskalatorları işləmir - VİDEO
-
Yazılan mesajlar yoxa çıxacaq - “WhatsApp”dan YENİ FUNKSİYA
-
Nigar Camal tələbəlik illərinə qayıtdı – FOTO
-
Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır
-
Azərbaycan millisi Maltaya məğlub olub - YENİLƏNİB
-
Test nəticəsi müsbət çıxdı, serialdan qovulacaq?
-
Yamal İspaniya çempionatının ən yaxşı futbolçusu seçildi
-
Vurulan gəmidə sağ qalan azərbaycanlı danışdı
-
Millimiz dünya çempionatının 1/4 finalında
-
Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
-
"Stresə düşdüm, ağladım"
-
“Sonuncu dəfə danışanda dedi ki...” - Azovda həlak olan Rəcəbin atası
-
Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib
-
Zelenski: Rusiya yenidən müharibəni seçdi
-
Türkiyə gəmisinə hücum - ölən və yaralananlar var
-
Bürcünə görə səni ən yaxşı əks etdirən şəhər məlum oldu
-
Putin: Rusiya İrana heç bir silah tədarük etməyib
-
Sadıq Sadıqov vəfat edib
-
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib





