"Artıq mahnılarımla, sənətimlə gündəmdə olum" - İradə - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibi müğənni İradə İbrahimova olub.
Milli.Az bildirir ki, bir müddət əvvəl Azərbaycana dönən müğənni xeyli işlər görüb, yeni mahnılar yazdırıb, fotosessiya etdirib:
"Yeni mahnılarla gəlmişəm. Əsas Gövhər xanımla yeni mahnı üzərində çalışırıq. O, mənə güc-qüvvət, təkan verir. Yeni, gənc bir bəstəkar var. Çox istedadlıdır. Fərid Kərimlinin iki mahnısını oxudum. Fotosessiyamızı təqdim etdik. Daha nə olsun?"
Sənətçi bəzi həmkarları kimi həftə səkkiz mən doqquz efirlərdə olmağın yox, sənəti ilə gündəm yaratmağın tərəfdarıdır:
"Klip mahnıdan sonra ərsəyə gələcək. İstəyirik ki, bu işi noyabra kimi bitirək, klip çəkilsin. Hansı mahnı daha çox insanların qəlbinə yol tapsa, o mahnıya klip çəkiləcək. İstəyirəm ki, artıq mahnılarımla, sənətimlə gündəmdə olum. Efirlərə boş-boş çıxmayım. Sənətimlə bağlı danışmağa sözüm olmayanda, efirlərə çıxmaq istəmirəm".
Zamanının böyük bir hissəsini övladlarına həsr edən İradə özünə çox az vaxt ayırdığını etiraf edib:
"Uşaqlardan vaxt tapıb başımı qaşıya bilmirəm. Özümə çox az zamanım qalır. Bəzən mənə deyirlər ki, sosial mediada niyə bu qədər passivsiniz? Çünki sosial mediada oturmaq uşaqlarımla hansısa bir oyunu qaçırmaq deməkdir. Mən onların hər anını görmək istəyirəm. Onlarla bərabər oynamaq istəyirəm. Övladlarımın arasında 5 yaş fərq var. Hərdən deyirəm ki, yaxşı ki, 5 yaş fərq var. Çünki qızım İpək, doğurdan da, mənim çox əlimdən tutur. O, çox işimə qaçır. Qızım artıq böyüyüb. Oğlum da böyüyür. Allah sağlıqlı, analı-atalı böyütsün bütün övladlarımızı".
Bəzi valideynlər övladlarını öz istəklərinin kölgəsində böyütsələr də, müğənni uşaqlarına qarşı məcburi heç nə etmədiyi dilə gətirib:
"Mən uşağı yormağın tərəfdarı deyiləm. İpək rəqs etmək istəyərsə, edəcək. Pianino ifa etmək istəmirsə, məcbur edə bilmərəm. Onun istəyinə uyğun olur hər şey. Mən çox istəyərəm ki, rəsmlə məşğul olsun. İstəyərəm ki, rəqs etsin, hansısa musiqi alətində ifa etməyi bacarsın. Mən istəyirəm bunu. Bir də ondan soruşmaq lazımdır ki, bəs o istəyirmi?"
İradə İbrahimova Türkiyə vətəndaşı ilə evlənən zaman bəziləri düşündü ki, bu qısamüddətli bir münasibət olacaq, ancaq müğənni bütün düşüncələri alt-üst etdi.
"Allah mənə o qədər böyük, gözəl bir nemət verib ki - ailə, övlad. Onları böyütməyə imkan verib. Allah həyat yoldaşıma uzun ömür versin, sağlıq versin. Ruzisini artıq eləsin. O qazanmasa, mən evdə otura bilərəm? Zamanla ayaqlaşmaq lazımdır. Yaşamaq üçün maliyyə lazımdır. Mən bunu tək başıma edə bilməzdim. Dəstək olmalıdır. Həyat yoldaşım dəstək olmasa, o zaman mən bunların heç birinin öhdəsindən gələ bilmərəm. Hətta işləsəm də, öhdəsindən gələ bilmərəm. İstanbulda həyat çox çətindir."
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Atasının ölümündən sonra MakSim də xəstəxanaya yerləşdirildi
-
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
-
Daha bir övladı Pittin soyadını istəmir
-
“İflicdən sonra düşündüm ki, teatrla qurtardım” - Kubra Əliyeva
-
Afra Saraçoğlu sevgilisi ilə görüntüləndi - (Foto)
-
"Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"
XƏBƏR LENTİ
-
Qarpız sevənlərə XƏBƏRDARLIQ
-
"Moyka"da "BMW" yandı
-
Tramp: Çin və Rusiya İrana silah verməyəcək
-
Ağdamda açıq ərazidə yanğın başlayıb
-
Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş - (Yenilənib)
-
Türkiyədə sərnişin avtobusu ilə avtomobil toqquşdu - 30 yaralı var - (Foto)
-
"Qarabağ" ÇSKA oyununun biletləri satışa çıxarılır
-
Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur
-
Azərbaycanda 41 dərəcə isti olacaq - Proqnoz
-
Sizcə atacağımız addım və tutacağımız mövqe nə olmalıdır?
-
Zelenski və Tramp Vaşinqtonda görüşəcək
-
Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu
-
6 ayda Azərbaycandan 4,5 min tondan çox nar ixrac edilib
-
Masa bronu üçün depozit: Restoranlar bunu tələb edə bilərmi?
-
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
-
Fransa və İspaniyada fəlakət: 130 min insan təxliyə edildi - (Foto)
-
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
-
Atasının ölümündən sonra MakSim də xəstəxanaya yerləşdirildi
-
Gürcüstan yenə işıqsız qaldı
-
Hacıqabulda sürət qatarı 53 yaşlı kişini vuraraq öldürdü - (Yenilənib)
-
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşdı
-
Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı - (Video)
-
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
-
Venesuelada zəlzələ qurbanlarının sayı 5546-ya çatdı





