Şou-biznes

"Stalinin başı"ndan bir milyon manat qazandığı deyilən İlkin Həsənidən AÇIQLAMA - FOTO

21 Avqust 2017 17:27
1 Şərh     Baxış: 6 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atv və "İlk Media"-nın istehsalı olan "Stalinin başı" filmi ilə rekordları qıran "Bozbash pictures" komandasının bir milyon manat qazandığı iddia edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Bozbash pictures" komandasının "Stalinin başı" filmindən 1 milyon manat gəlir əldə etməsi ilə bağlı aparıcı-aktyor İlkin Həsəni açıqlama verib. Filmin baş prodüseri İ.Həsəni bu məlumatı təkzib edib:

"Allah ağzından eşitsin (Gülür). Keçən ilki filmimizin büdcəsi çox idi, amma əziyyəti də qat-qat ağır idi. Filmə ümumilikdə kinoteatrlarda 150 000 baxış oldu. Biz öz rekordumuzu yenilədik. Bu film "Park Cinema" şəbəkəsində yayımlanmadı, amma yenə də ən baxımlı komediya filmi oldu.

Qazancımız da düşünüldüyü kimi çox deyil. Təsəvvür edin ki, bir filmdən 18% ƏDV ödəyirik, sonra 50% kinoteatr, 10% isə distribyutor götürür. Pul hesaba oturanda 4% gəlir vergisi, ilin sonunda isə 10% də divident vergisi ödəyirik".

İlkin Həsəni filmlərdən çox az qazanc əldə edə bildiklərini vurğulayıb:

"O qədər çətindir ki, film çəkmək, bilməzsiniz... Biz bu şəraitdə nəsə edə biliriksə, qəhrəmanıq. Filmlərimiz öz pulunu çıxardandan sonra isə qəpik-quruşu öz aramızda bölürük. Sadəcə bu işdən zövq aldığımız üçün kino çəkirik, eləcə də bu sahəni daha çox inkişaf etdirə biləcəyimizə inanırıq deyə dayanmırıq, çəkməyə davam edirik".
Qeyd edək ki, aktyorlar indi də izləyicilərini "Bir xalanın sirri" adlı ekran işi ilə sevindirməyə hazırlaşır. Qəbələdə çəkilən "Bir xalanın sirri" filminin rejissoru Emil Quliyevdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.