Şou-biznes

Azərbaycan aktyorları Alanya film festivalında - FOTO

24 May 2017 11:25
0 Şərh     Baxış: 1 057
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Beynəlxalq Alanya Film Festivalının təntəli açılış mərasimi keçirilib.  

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, açılışda Azərbaycan, Rusiya, Belarus, Ukraynadan kino xadimləri iştirak ediblər.

Festivala ölkəmizdən xalq artisti Fəxrəddin Manafov və xanımı Vera Manafova, əməkdar artist Mehriban Zəki, Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu və digərləri yollanıb. Gecəyə ümumilikdə 80-ə yaxın kino xadimi və media nümayəndələri qatılıb. Açılışda aktyorlar səhnəyə dəvət edilərək təqdim olunub, nümayiş olunacaq filmlərin siyahısı açıqlanıb. 

Qeyd edək ki, festival çərçivəsində Azərbaycan istehsalı olan "Çölçü", "Həddən artıq uyğunluq", "Qırmızı bağça", "İçəri Şəhər" filmləri nümayiş olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.